|
Okeanın o tayından türk dünyasına qarşı edilən haqsızlıqdan, daha dəqiq desək, xəyanətdən yazmamaq mümkündürmü? Damarında türk qanı axan və hətta obyektivlik hissini itirməyən istənilən şəxs belə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində dünən qəbul edilən qərardan hiddətlənməyə bilməzdi. Bu dünyanın ikili standartları, etiraf edilməsə də, demokratiya və sairə şirmalar altında pərdələnən xristian həmrəyliyini sübut etmək üçün nə qədər fakt var…
Dünən o faktların sırasına biri də əlavə olundu. Komitə 22 səs əleyhinə, 23 səs lehinə olmaqla «erməni soyqırımı» haqqında qərar layihəsini qəbul etdi. Heç bir hüquqi qüvvəsi olmayan, yalnız tövsiyə xarakteri daşıyan bu qərar erməni adlı məzlum millətin mahiyyətini bir daha göstərdi. Bir daha sübut olundu ki, o, hər şeyi unutmağa və arxadan zərbə vurmağa hər an hazırdır. O özünün timsalında məzlum obraz yaratmaqla bütün tarixinin «qızıl dövrü» olan Osmanlı çağlarını asanlıqla yaddan çıxara bilər, Birinci Dünya savaşında döyüşən dövlətinə etdiyi xəyanətlərini, qanlı usyanlarını da yaddaşından silə bilər. Erməni həmişə Asiyada maraqları kəsişən Böyük Britaniyanın, Fransanın, Rusiyanın nəinki Osmanlıya, bütün türk dünyasına təsir göstərmək üçün aləti olub. Bu gün o alət İraqa zorakı demokratiya ixrac edən, Əfqanıstanı özünə oxşatmağa çalışan və ən nəhayət, Türkiyənin regionda artan nüfuzundan ehtiyat edən Amerikanın əlindədir. Tarix sübut edib ki, erməni adlı alətin istismar müddəti çoxdan başa çatıb, artıq bütün dünya onun mahiyyətin yaxşı bələddir. Onu da qeyd edək ki, 2007-ci ildə də eyni qanun layihəsi Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiq edilmiş, lakin Nümayəndələr Palatasının gündəliyinə salınması üçün kifayət edəcək qədər dəstək qazanmamışdı. Dünən gecə yarısı səsvermənin nəticələri açıqlananda komitənin iclasını müşahidə edən zavallı xalqın diaspor nümayəndələrinin haray-həşirlə yaratdıqları əttökən mənzərə çətin ki yaddaşlardan silinsin. Onlar nəyə sevindiklərinin yaxşı bilirlər! Bu, erməni kilsəsinin xeyir-dua verdiyi 4 «T» prinsipindən qaynaqlanır. Nədir bu «prinsip»? Ssenariyə görə, Konqresdən sonra qondarma iddialar BMT səviyyəsinə qaldırılacaq, burada da uzun çəkişmələr və ağlaşmalar nəticəsində əgər dünya erməni yalanına inansa, növbəti mərhələ gəlir. Türkiyəni törətmədiyi «soyqırımı»nı tanımağa məcbur etmək. Yəni qondarma soyqırımı beynəlxalq hüquq tərəfindən rəsmi status alarsa, artıq Türkiyədən təzminat ödənilməsi məsələsi gündəmə gətiriləcək. Nəzərə alaq ki, Amerika və dünyanın bütün künc-bucağına sığınmış erməni diaspor nümayəndələri hesab edirlər ki, onlar yalançı soyqırımına məruz qalmış şəxslərin varisləridirlər. Hələ bu da son deyil – kompensasiyadan sonra şirnikləşən ermənilər Şərqi Anadoluya ərazi iddialarını gerçəkləşdirmək istəyəcəklər, onsuz da yerində sayan Ermənistan adlı qondarma dövlətin istiqlal bəyannaməsində qonşu Türkiyəyə qarşı ərazi iddiaları açıq şəkildə yazılıb, onların bir sıra rəsmi simvollarında Ağrı dağı əsas element kimi istifadə olunur. Bütün bu planlar zəncirvari reaksiya doğura bilər, ona görə okeanın o tayında bu məsələnin müzakirəsi strateji səciyyə daşıyır. “Erməni soyqırımı” iddiaları 1950-ci illərdən – yəni “soyqırımı” ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib. Ermənilər ilk “soyqırımı” qərarının qəbuluna Uruqvayda nail olublar. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli “Erməni soyqırımını anma günü” kimi tanıyıb (Uruqvay parlamenti 2004 və 2005-ci illərdə daha iki bəyanatla qərarını yeniləyib). Bundan 17 il sonra - 1982-ci il aprelin 29-da Kiprin yunan icması analoji qərar qəbul edib. Karvana üçüncü qoşulan Yunanıstan olub. Afina 1996-cı ilin 25 aprelində “erməni soyqırımı”nı tanıyıb. Sonrakı sıralama isə belədir:
Belçika - 26 mart 1998
İsveç - 29 mart 2000
Vatikan - 2000
Livan - 11 may 2000
İtaliya - 17 noyabr 2000
Fransa - 18 yanvar 2001
İsveçrə - 16 dekabr 2003
Kanada - 1996, 2000 və ən son olaraq 21 aprel 2004
Slovakiya - 30 noyabr 2004
Hollandiya - 21 dekabr 2004
Polşa - 19 aprel 2005
Argentina - 1993, 2003, 2004, 2005
Rusiya - 1995, 22 aprel 2005
Almaniya - 16 iyun 2005
Venesuela - 14 iyul 2005
Latviya - 15 dekabr 2005
Beləliklə, 1950-ci illərdən kampaniya başladan, 1965-ci ildə ilk rəsmi qərarın qəbuluna nail olan ermənilər bu illər ərzində əsilsiz iddialarını 20-yə yaxın ölkədə qərar və ya bəyanat şəklində qəbul etdiriblər. Ermənilər sadəcə tanınmayla kifayətlənməyiblər, adıçəkilən ölkələrin əksəriyyətində “soyqırımı” abidələrinin qoyulmasına nail olublar, bədnam iddialarını təbliğ edən 45000 sayt yaradıblar, filmlər çəkdiriblər, kitablar yazdırıblar və indi də “demokratik” Avropa dövlətlərində “soyqırımı yoxdur” deyənin cəzalandırılmasını qanuniləşdirirlər. …Dünən gecə yarı türk jürnalistlərinin birbaşa Amerika Konqresindən verdikləri şərhlər də olduqca ibrətamiz idi: «Baxın, iki qonşu dövlət arasında olan məsələni okeanın o tayında 23 konqresmen həll edir…» Yuxarıda qeyd etdik ki, ermənilər Osmanlıda yaşadıqları çağları özlərinin «qızıl dövrü» hesab edirlər. Bunu sübut etmək üçün tarixdən qısa arayış verməyimiz yerinə düşər. Tarixi sənədlərdən toplanan faktlardan bəlli olur ki, Osmanlının mövcud olduğu 638 illik dönəmdə ermənilərdən 29-u paşa, 22-si nazir (özü də xarici işlər, maliyyə, ticarət, rabitə kimi aparıcı sahələrdə), 31-i millət vəkili, 7-si səfir, 11-i baş konsul və konsul, 11-i universitet rektoru vəzifələrini tutmuş, 142-si müxtəlif nazirliklərdə yüksək məqamlara yiyələnmişdi. Bu tarixi biz unutmamalıyıq. Biz bu tarixdən ibrət dərsi götürməliyik və yaddaşımıza möhkəmcə həkk etməliyik ki, ermənilər qara məkrlərinin əks olunduğu 4 «T» ssenarisinin hələ birinci fazasındadırlar…
|