Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 




 
 
 
Axtarış: 
Təbiətin qəzası, Allahın cəzası
Yeraltı təkanların bizi də silkələməsi gözlənilirmi və ya zəlzələnin baş verəcəyini necə müəyyənləşdirməli?

Dünyanı niyə zəlzələlər bürüyüb?

Son aylar ərzində dünyanın dörd bir tərəfində güclü zəlzələlər baş verir. Haiti, Argentinada, Çilidə, daha sonra isə Qırğızıstanda baş verən güclü zəlzələlər xeyli insan tələfatı ilə nəticələnib. Bunun ardınca Türkiyədə, İranda və digər ölkələrdə baş verən yeraltı silkələnmələr ciddi insan təlafatına səbəb olmasa da, yer qatında zəlzələ seriyasının davam etdiyi qənaətini və bu bəlanın daha hansı ölkələrdə "peyda olacağı" suallarını yaradır. Yer qatında silsilə zəlzələlərin baş verməsi Azərbaycanda da həyəcansız ötüşmür.   Qısa zaman ərzində yeraltı titrəyişlərin - həm də ən şiddətli formada - bu qədər artması nə ilə bağlıdır? Azərbaycanda da zəlzələr ola bilərmi? Bu suallara cavab tapmaq üçün Milli.Az xəbər portalı mütəxəssis və alimlərin fikrini öyrənib.   Mütəxəssislər hesab edirlər ki, son günlər baş vermiş zəlzələləri həmin ərazilərin seysmik təhlükəli zona olmasından və öz təbiətindən irəli gəlir.   Coğrafiya elmləri doktoru Elbrus Əlizadə bildirdi ki, dünyanın bir neçə ölkəsində bir-birinin ardınca baş vermiş güclü zəlzələrin bir-biri ilə əlaqəsi yoxdur və bu ardıcıllıq sırf təsüdüfdür. O, qeyd edib ki, zəlzələlərin baş verdiyi ölkələr ayrı-ayrı maqnitulalı zəlzələlərdir və onların kökləri də fərqlidir: “Türkiyə və Qırğızıstanda baş vermiş zəlzələlər başqa zonalardır, həmin ərazi materik tipli tavaların toqquşma zonasıdır. Haiti və Çilidəki zəlzələ isə tam başqadır. Orada zona materik və okean tipli tavaların toqquşma zonasıdır. Həmin ərazilərin hamısı seysmik təhlükəli zonalardır, Çili isə xüsusilə. Ümumiyyətlə, orada 10-12 ildən bir güclü zəlzələlər baş verir. Haitidə Sakit okean tavası Cənubi Amerika tavasının altına girir və nəticədə toqquşurlar. Fəal dağəmələgəlmə prosesi getdiyindən, həmin ərazilərdə zəlzələ ocaqları çoxdur. Çilidə zəlzələ ocağı 35 kilometr dərinlikdə olub. Əgər dərinlikdə olursa, bu, normal sayılır və onları xilas edib. Əgər həmin ərazidə səth zəlzələsi olsaydı, 30-40 min insan tələfatı olardı. Zəlzələnin dərinliyi çox olanda tutduğu ərazi geniş, amma tələfatı az olur, səthdə olduqda isə tutduğu sahə az, lakin dağıntı çox olur”.  
Ölkəmiz seysmik zonadadır

  Azərbaycanana gəlincə, E.Əlizadə bildirdi ki, ölkəmiz seysmik zonadadır və zəlzələlərin baş verməsi təbii hesab olunur. Onun sözlərinə görə, Azərbaycan Alp-Himalay seysmik zonasında yerləşdiyindən, ölkəmizdə maksimum 8-9 ballıq zəlzələlərin olması mümkündür: “Bizim ərazimizdə seysmik aktiv zəlzələ ocaqları çoxdur. Ona görə də, 2-3 ballıq zəlzələlərin olması təbiidir və bu hal tez-tez baş verir. Bu günə kimi seysmik stansiyalar yaxın zamanlarda güclü zəlzələnin olmasını göstərmir. Yer qabığında olan gərginlik də güclü zəlzələnin baş verəcəyinə əsas vermir. Gündəlik baş verən zəlzələlərdə də fəallıq görünmür. Güclü zəlzələdən əvvəl xırda, sonra güclü zəlzələ baş verir, sonra avtoşok titrəmə olur. Bizdə qabaqcadan zəlzələ olacağını göstrərən zəlzələ görünmür”.

Ən seysmik ərazi Gəncə, Şamaxı və İsmayıllıdır

  Elmlər doktoru onu da əlavə etdi ki, Türkiyədə seysmik aktivliyin artması Azərbaycanda Kiçik Qafqaz və Talış dağlarına təsir edir. Kiçik Qafqazda Gəncə və onun ətrafı, Böyük Qafqazda isə Şamaxı-İsmayıllı seysmik aktiv zonalardır. Mütəxəssis hesab edir ki, zəlzələnin qısa müddətli proqnozunu vermək mümkün deyil. Ümumiyyətlə, dünyada qısa müddətə proqnozu vermək metodu yoxdur. “Əgər kimsə sabah zəlzələ olacağını desə, demək bunun elmi əsası yoxdur. Orta və uzaq müddətli zəlzələlərin isə  proqnozunu vermək mümkündür” - deyə E.Əlizadə bildirib.  
Zəlzələ ehtimalı həmişə var

  Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə son aylarda dünya ölkələrində güclü zəlzələlərin baş verməsini həmin ərazilərdə seysmik aktivliklə əlaqələndirib. O, bildirdi ki, Azərbaycanda seysmikllik normal fond səviyyəsindədir: “Baş verən təkanlar isə həssas cihazlar tərəfindən qeydə alınır. Hiss olunan  təkanlar yoxdur. Əgər belə təkanlar yaransaydı, mütləq hiss olunardı. Zəlzələ təhlükəsi isə həmişə var. Hələlik hər şey normaldır. Qısa müddətli seysmogen zonalarda zəlzələnin olub-olmayacağını demək çətin məsələdir”.  
Təbii fəlakətlər insanlara xəbərdarlıqdır

  Astroloq Firudin Qurbansoy isə təbii fəlakətlərin baş verməsini Allahın insanlara xəbərdarlığı kimi dəyərləndirib: “İnsanlar Qurani-Kərimdən, Allahın yolundan üz döndəriblər. Baş verən hadisələr isə insanlara xəbərdarlıqdır ki, Allahın yolundan üz döndərməsinlər, düz yola qayıtsınlar. Zəlzələ, subasma, çöokmələr insanlara hamısı xəbərdarlıqdır”. F.Qurbansoy qeyd etdi ki, fəzada ulduzların sıralanmasında təhlükə yoxdur. Onun sözlərinə görə, ulduzlar bütün kainatla birlikdə öz normal hərəkətindədir: “Sadəcə, münəccimlər ulduzların bürclərə təsirindən rəmzlər çıxarırlar və bunu insanlara xəbərdarlıq edirlər”.
Anar Məmmədov
+  -  Çap 
Yerləşdirilib: 05.03.10 | Baxılıb: 158

ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •  
    BANNERİMİZ
     
    kod almaq: