Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Bakıda uşaq əməyinə qarşı reydlərə start verildi
Reydlər zamanı uşaq əməyinin istismar edildiyi yerlərin siyahısının tutulduğu, belə sahibkarlara qarşı inzibati qaydada cəzaların tətbiq olunduğu bildirilir

Azərbaycanda uşaq əməyindən istifadəyə də təsadüf olunur. Nəqliyyat sahəsində pulyığan, maşınyuyan, bazarlarda araba çəkən, yükdaşıyan, yeməkxana və çayxanalarda ofisiant, çaypaylayan, qabyuyan, kənd təsərrüfatında çoban, pambıqyığan, küçələrdə boş şüşə yığan, zibilxanalarda metal toplayan oğlan və qız uşaqları az deyil. Amma bunlar uşaq əməyinin yayıldığı bütün sahələr deyil. Bəzi hallarda uşaq əməyinin istismarını yoxsulluq səviyyəsinin yüksək olmasıyla əlaqələndirirlər. Yəni yoxsul ailələrin uşaqları valideynlərinə kömək üçün işləyirlər. Sahibkarlar isə uşaq əməyindən istifadədə maraqlıdırlar, çünki, uşaqlar öz hüquqlarını bilmirlər.
Azərbaycanda əməyə cəlb edilən uşaqların sayı ilə bağlı fərli rəqəmlər səslənir. Rəsmi statistika isə yoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli Modern.az-ın əməkdaşı ilə söhbətdə bildirib ki, ötən ilin sonlarında Milli Məclis Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikilik edib. Ölkə başçısının müvafiq sərancamına əsasən, 15 yaşına çatmamış şəxslərin sahibkarlarla bağladığı müqavilə etibarsız sayılır. 15 yaşına çatmamış şəxslərin əməyini istismar edənlər isə inzibati qaydada cəzalandırılmalıdırlar. Ancaq E.Kələntərli deyir ki, 16 yaşına çatmış şəxslər valideynlərinin icazəsi ilə sahibkarla müqavilə bağlayaraq çalışa bilər.
Martın 3-dən hüquq-mühafizə orqanları Bakıda uşaq əməyinin istismarına qarşı reydlərə başlayıblar. Reydlər zamanı uşaq əməyinin istismar edildiyi yerlərin siyahısının tutulduğu, belə sahibkarlara qarşı inzibati qaydada cəzaların tətbiq olunduğu bildirilir. Artıq əməyə cəlb olunan uşaqların saxlanıldığı da qeyd olunur. Belə uşaqlar ailələrinə təhvil verilirlər.
+  -  Çap 
Yerləşdirilib: 05.03.10 | Baxılıb: 291

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •