Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Büdcəni belə doldurmazlar
Yunanıstan ayağa qalxdı

Qlobal iqtisadi böhranın ən çox silkələdiyi ölkələrdən olan Yunanıstanın rəhbərliyi büdcə kəsirini qapatmaq üçün şok addımlara əl atıb. Nazirlər Kabineti büdcədən maliyyələşən müəssisələrdə maaşları azaltmağa qərar verib. Əlavə dəyər vergisinin 21 faizə çıxarılacağı, sosial ödənişlərin 12 faiz azaldılacağı, yanacağa 3-8 sent, spirtli içkilərə 20 faiz, siqaretə 65 faiz əlavə vergi alınacağı bildirilir. Avtomobil və yaxta almaq da daxil olmaqla 35 min avrodan çox alış-veriş edənlərə əlavə vergi tələbi qərarlaşdırılıb. Qış tətilində verilən 13-cü və yay tətilində verilən 14-cü maaşlar 30 faiz azaldılacaq, pensiyalar kəsiləcək. Bu addımlarla 4,8 milyard avroya qənaət etmək planlaşdırılır. Hökumət ölkənin büdcə kəsirinin daha 4,8 milyard avro azaldılmasına dair tədbirləri də bəyənib. “Blomberg” agentliyinin verdiyi xəbərə görə, hökumət ölkə büdcəsinin məxaric hissəsini 2,4 milyard avro azaltmaq və mədaxil hissəsini eyni məbləğdə artırmaq niyyətindədir. Büdcə gəlirlərinin bu il ikinci dəfə tütün məmulatı və alkoqollu içkilərin aksizlərinin, habelə satışdan əldə olunan gəlirlərin yüksəldilməsi hesabına artırılması nəzərdə tutulur. Son məlumatlara görə, Yunanıstanda 200-dən artıq şəxs Maliyyə Nazirliyinin binasına hücum edərək, onun bir hissəsini ələ keçirib. «İTAR-TASS» agentliyinin məlumatına görə, onlar ölkənin Kommunist Partiyasına yaxın sayılan həmkarlar ittifaqlarının üzvləridir. Onlar hökumətin büdcə kəsirinin aradan qaldırılması üçün sərt qənaətləri nəzərdə tutan proqramı qəbul etməsinə qarşı çıxır. Binanın girişini də tam nəzarətə götürmüş nümayişçilər qurumun işçilərini çölə çıxmağa qoymayıblar. Binanın üzərində asılmış plakatda isə yazılıb: «Hamı küçələrə çıxsın və antixalq tədbirlərinə etiraz etsin!»


Kamran
+  -  Çap 
Yerləşdirilib: 05.03.10 | Baxılıb: 231

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •