Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
İraq parlament seçkiləri ərəfəsində
ABŞ İranı qonşusuna xoş münasibət bəsləməməkdə günahlandırır

Bazar günü Iraqda parlament seçkiləri keçiriləcək. Bəzi seçicilər dünəndən etibarən vaxtından əvvəl seçim etmək hüququ qazanıb. Söhbət seçki günü təhlükəsizliyin təmini ilə məşğul olacaq təhlükəsizlik xidməti əməkdaşlarından gedir. Onlar təxminən 600 min nəfərdir. Ölkədə hələ də yüz min hərbi qüvvəsi olan Birləşmiş Ştatlar ümid edir ki, seçkilər onların buranı tərk etməsi planlarına bir növ yol açacaq. Lakin İraqda sünni və şiə icmaları arasında gərginliyin artmasından sonra Birləşmiş Ştatlar qonşu İranı seçkilərin nəticələrinə təsir etmək cəhdlərində günahlandırıb. Və bəziləri indi Amerika qüvvələri İraqı tərk edəndən sonra İranın yaranan boşluğunu doldurmağa çalışacağını sual edirlər. İran-İraq sərhədindən BBC-nin müxbiri Qabriel Qeythaus xəbər verir ki, Amerika əsgərləri İrandan İraqa qaçaqmalçılıq yolu ilə silah gətirilməsi barədə məlumat əldə ediblər. Birləşmiş Ştatlar bu silahları aşkar etmək üçün infraqırmızı və termik görüntülər texnologiyasından istifadə etsə də, indiyədək hələ ki, çox az uğur qazanıb. Birləşmiş Ştatların İraqın şərqində, İranla sərhəd ərazisində yerləşən Diyala əyalətindəki qoşunlarının rəhbəri polkovnik Devid Fank hesab edir ki, bu silahların ən azı bir hissəsi İranın İnqilab Keşikçiləri tərəfindən təmin olunur: "İran hökümətində bəziləri açıq-aşkar İraqın qüvvətli millətə çevrilməsini istəmir. Və İrana sərf edir ki, İraq potensialına uygun olaraq, çox qüvvətli ölkə olmaq əvəzinə, bir növ oyuncaq bir qonşu kimi qalsın. Buna görə də o, özünün qərbindəki qonşusunun zəif olmasına çalışır". Amerikalılar qarşıdan gələn seçkilər öncəsi İranı Tehrana qarşı rəğbət bəsləməyən, əsasən sünni siyasətçiləri hədəf götürən, ziddiyyətli “qara siyahı”nı planlaşdırmaqda suçlayıblar. Onlar həmçinin hesab edirlər ki, İran şiə siyasi partiyaların mailyyələşdirilməsinə milyonlarla dollar yönəldir. Birləşmiş Ştatların İraqdakı qüvvələrinin mətbuat katibi general-mayor Stiven Lanza isə bildirib ki, «bəzi hallarda bizim düşməncəsinə adlandırdığımız təsir İrandan gəlir. Bu, hökümətdən daxil olan həm maliyyə, həm də digər resurslardır ki, seçkilərə təsir etmək, onu dəyişmək məqsədi daşıyır". BBC-nin əməkdaşı daha sonra diqqəti İraqın Nəcəf şəhərindəki İmam Əli məscidində əsasən iranlı zəvvarlardan ibarət olan böyük bir qrupa yönəldib. Onun sözlərinə görə, bu şəxslər daima fars dilində şüarlar qışqırıırlar: «Nəcəf şiələrin dini və siyasi mərkəzidir. Söhbət etdiyim ayətulla Məhəmməd Əl-Yakubi deyir ki, İran rəsmilərindən fərqli olaraq, Nəcəfdəki din xadimləri siyasətdən aralı qalmaq istəyirlər. Lakin o, çox ehtiyatla təsdiqləyir ki, burada da şiələrin dini qüvvəsindən öz məqsədləri üçün istifadə etmək istəyənlər var. Əlbəttə ki, burada seçkilərin nəticələrini əsas region oyunçularına bir növ uygun gələn tərzdə manipulyasiya etmək üçün planlar var". Qeyd edilir ki, Birləşmiş Ştatların qüvvələri Diyala əyalətində həmişə olmayacaqlar. İranda da amerikalıların buranı tərk etməyə hazırlaşıdqlarından agahdırlar. Qoşunların sayı azaldıqca, onlar ərazini tamamilə tərk edəndən sonra nələrin baş verəcəyi kimi sual yaranır. Çünki ən azı coğrafi baxımdan İranın kölgəsi həmişə İraqın üzərinə düşəcək.
+  -  Çap 
Yerləşdirilib: 05.03.10 | Baxılıb: 241

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •