Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 




 
 
 
Axtarış: 
Stalinin plakatları qayıdır
Moskva merindən qeyri-adi qərar

Moskva şəhərinin meri Yuri Lujkov bəyan edib ki, mayın 9-u Qələbənin 65-ci ildönümündə Rusiya paytaxtının küçələrində Stalinin əksi olan plakatlar asılacaq. O bildirib ki, Qələbənin növbəti yubileyində Moskvada Stalinin müharibədəki rolunu əks etdirən xüsusi stendlər quraşdırılacaq. Mer belə stendlərin sayının bir elə də çox olmayacağını vurğulayıb: «Əsas məram ondan ibarətdir ki, Stalinin adı faşizm üzərində qələbədən silinməməlidir».
Moskva hökumətində veteran təşkilatlarının müraciətlərinə istinad edilib və göstərilib ki, məhz onların xahişiylə Stalinin plakatları quraşdırılacaq. Merin sözlərinə görə, Stalini tarixdən silmək olmaz. Lakin bu qərarın əleyhdarları da ortaya çıxıb və onlar hesab edir ki, milyonlarla insanın ölümünə gətirmiş siyasətin banisinin plakatları təhqirdir. BBC-yə müsahibəsində müharibə iştirakçısı, "Şöhrət" ordeninin kavaleri, tarixçi Əbdül Hüseynov belə plakatların əleyhinə olduğunu bildirib: "Müharibə elə aparılıb ki, 30 milyon insan ölüb. Mən müharibədə olmuşam, lakin çoxsaylı insanın qanı bahasına qələbə qazanılıb, müharibəni rəhbərliyin dərrakəsi ilə udmayıblar". Əbdül Hüseynova görə, ölkə müharibəyə qətiyyən hazır deyildi. Müharibənin özü isə əsasən çox sayda insanın düşmən tankları və topları qarşısına çıxarılmasıyla udulub. Moskvalı tarixçi Boris Çiqidinə görə isə Stalinin bəzən uğursuz idarəetməsinə baxmayaraq, onun adı Qələbəylə sıx bağlıdır: "İkinci Dünya müharibəsindəki istənilən ali baş komandana strateji səhvlərlə bağlı iradlar təqdim etmək olar. Ancaq mən antihitler koalisiyasında olan elə bir ölkə tanımıram ki, orada 65 ildən sonra həmin ali komandanın adı müharibə tarixindən pozulsun". Fikrini davam etdirən tarixçiyə görə, əksinə, Stalinin Qələbədə çox böyük xidmətləri olub: "Stalin ölkənin sağ qalmasını, tab gətirməsini təmin edib". Fəlsəfə elmlər doktoru Aleksandr Tsipkoya görə, Stalinin şəklinin küçələrə çıxarılmasının arxasında siyasi məna var: "Biz son vaxtlar Qələbənin 50 illiyini də, 60 illiyini də qeyd etmişik və Stalinin şəkilləri olmadan keçirmişik. İndi isə, məncə, burada hazırkı siyasi situasiyadan gələn məna var. Ancaq bu, çox təhlükəlidir. Birincisi, bizim ölkədə repressiya qurbanlarının milyonlarla varisi yaşayır və onlar stalinizm rejiminə, həmin siyasətin banisinə nifrət edirlər. İkincisi, Stalin dövründə bir sıra xalqlar bütövlüklə sürgün edilib, indi nədir, biz həmin xalqlara göstəririk ki, hakimiyyət elə həminki qalıb, Stalin yenidən şərəfdədir".  Bir sıra şərhçilərə görə, indi Rusiyada güclü lider, güclü ölkə fikri çox populyardır və Stalinin də müəyyən tərənnümü bununla bağlı ola bilər. Hələlik Stalinin plakatlarının ancaq Moskvada asılacağı bildirilir, başqa şəhərlərdə paytaxtdan nümunə götürüləcəyi haqda rəsmi məlumatlar yoxdur.
+  -  Çap 
Yerləşdirilib: 05.03.10 | Baxılıb: 103

ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •  
    BANNERİMİZ
     
    kod almaq: