Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Mənimlə zarafat edirsiniz?"
Berti Foqts yetirmələri ilə ciddi söhbət aparacağını vəd etdi
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Lüksemburq üzərində qələbədən (2:1) sonra mətbuat konfransı keçirib. Apasport.az saytının Lüksemburqa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, almaniyalı çalışdırıcı öncə matç barədə fikirlərini bildirib.

- Nəticədən razıyam. Bu münasibətlə komandamı təbrik edirəm. Oyundan isə tam razı qalmadım. Çox çalışmağımıza, əziyyət çəkməyimizə baxmayaraq, gözəl futbol nümayiş etdirə bilmədik. Bu görüş öz klublarında az oynayan futbolçular barədə qərara gəlməyim baxımından mənə kömək etdi. Mən onlarla mayda keçiriləcək təlim-məşq toplanışında ciddi söhbət edəcəyəm. İkinci hissədə Lüksemburq bizə böyük təzyiq göstərdi. Hər halda, öz oyunumuzu göstərməli idik.


- Konkret nədən narazı qaldınız? Bəlkə narazı qaldığınız oyunçuların adlarını açıqlayasınız. Belə etsəniz, yurnalistlərə də yardım göstərmmş olacaqsınız.


- Siz mənimlə zarafat edirsiniz?


- Xeyr.


- Adlar açıqlayacağam. Mən konkret nədən narazı olduğumu yetirmələrimə deyəcəyəm. Xahiş edirəm, məni başa düşün. Matça gəlincə, top saxlamaqda, qısa ötürmələrdə, sağ və sol cinahlarda zəiflik var. Futbolun qəlizliyi elə sadə ötürmələrdədir.

- Bizdə olan məlumata görə, Elnur Allahverdiyevi nizam-intizamı pozduğuna görə ehtiyatda oturtmusunuz. Bu nə dərəcədə həqiqətəuyğundur?

- Bu məlumatı kimdən öyrəndiyinizi bilmirəm. Qarşılaşmadan öncə Elnurla söhbətim oldu. Onun mövqeyində Rail Məlikovu sınadım. Məlumata gəlincə, eşitmişəm ki, siz də çox mənfi məqalələr yazırsınız.

- Mayda ciddi söhbət edəcəyiniz oyunçular arasında Aleksandr Çertoqanov da olacaq?

- Futbolçuların hamısı ilə söhbət edəcəyəm. Onlar tələb etdiklərimi mənə vermirlər. Çertoqanov uzun müddət zədəli idi. Matç ərəfəsində cəmi 2 dəfə məşq etmişdi, tam hazır olmadığından, fasilədən sonra onu əvəzlədim.

- Oyunçularla necə ünsiyyət qurursunuz?

- Tərcüməçim vasitəsilə. İkinci Berti Foqts burada oturub. Görünür, bəzi epizodlarda futbolçular ona da qulaq asmayıblar.

- Bəs Lüksemburq yığması barədə nə deyə bilərsiniz?

- Rəqib sürətli oynayırdı. top bizə keçən kimi, təzyiq göstərirdilər. Gözləməzdim ki, lüksemburqlular belə yaxşı oynayacaqlar.
+  -  Çap 
Yerləşdirilib: 05.03.10 | Baxılıb: 195

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •