|
Azərbaycanda daşınmaz əmlakın kadastrı və dövlət qeydiyyatının təkmilləşdirilməsi sahəsində qazanılmış uğurlarla yanaşı, qarşıya qoyulan vəzifələrin tam başa çatdırılmasına mane olan amillər də var. Həmin amillərdən ən başlıcası ölkə ərazisinin 20 faizinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasıdır. Belə vəziyyət "Daşınmaz əmlakın qeydiyyatı" layihəsində görülən işlərin bütün ölkə ərazisini əhatə etməyə imkan vermir. Bu barədə dünən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəis müavini Sədrəddin Cəfərov məlumat verib. Onun sözlərinə görə, işğal edilmiş bölgələrimizdə Azərbaycan vətəndaşlarına məxsus yüz minlərlə daşınmaz əmlak dağıdılaraq məhv edilib.
Rəis müavini 2009-cu ildə respublikada daşınmaz əmlak bazarındakı vəziyyətdən də danışıb. Bütün əmlak bölmələri üzrə dinamika göstərir ki, mənzillərin alqı-satqısı 47, fərdi yaşayış və bağ evlərinin 10, qeyri-yaşayış sahələrinin 1, qeyri-yaşayış binalarının 2, torpaq alqı-satqısı isə 40 faiz təşkil edib. Ötən ildə daşınmaz əmlak bazarında ayrı-ayrı aylar üzrə alqı-satqı dinamikasında enmə də qeydə alınıb.
Səhifəni hazırladı: HƏQİQƏT
|