|
Paytaxt sakinin qətlə yetirən şəxs onu bağında torpağa basdırıb
Paytaxtda iki il əvvəl törədilən qətlin üstü açılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə 2008-ci ilin dekabr ayında baş verib. Belə ki, Bakı şəhər sakini Yuri Belousov münaqişə zəminində Masallı rayon sakini Fərhad Quliyevi bıçaqla qətlə yetirib. Daha sonra onun meyitini Nardaran qəsəbəsi ərazisindəki Ləhic bağlar sahəsində torpağa basdırıb. Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirdəri nəticəsində Y.Belousov tutulub. F.Quliyevin çürümüş vəziyyətdə olan meyiti eksqumasiya edilib. Faktla əlaqədar cinayət işi başlanılıb və araşdırma aparılır.
|