|
Ər arvadını qətlə yetirib
Ucar rayonunda ağır qətl hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, ər arvadını qətlə yetirib. Belə ki, Adil Hüseynov qısqanclıq zəminində arvadı Mətanətə bıçaqla xəsarət yetirib. Ağır yaralanan Mətanət hadisə yerində dünyasını dəyişib. Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Hüseynov könüllü olaraq RPŞ-yə gələrək istintaqa təslim olub. Faktla bağlı cinayət işi başlanılıb və araşdırmalar aparılır.
|