|
Məhkəmə qarşısında bir əsgər və bir mülki şəxs cavab verir
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Mürsəl Əliyevin sədrliyi ilə bir neçə hərbçinin öülümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri Əzim İsmayılov və mülki avtomobilin sürücüsü Qalib Məmmədov cavab verir. Təqsirləndirilənlər Ə.Məmmədov Cinayət Məcəlləsinin 351.3-cü (döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarəetmə və istismar qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda) maddəsi ilə ittiham edilir.
Digər təqsirləndirilən Q.Məmmədova qarşı isə Cinayət Məcəlləsinin 263.3-cü (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. İttiham aktına görə, hadisə 2009-cu ilin noyabrın 11-də baş verib. Müdafiə Nazirliyinə məxsus hərbiçiləri daşıyan "ZİL" markalı maşın başqa bir yük avtomobili ilə toqquşub. Nəticədə əsgərlər Elşən Məmmədov, Orxan Quliyev, Pərviz Ağayev, Rəşad Tağılı və Yaşar Vəliyev dünyasını dəyişib. Daha 7 hərbçi və 3 mülki şəxs yaralanıb.
|