Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Rail Rzayevin yavərinin cinayət işi üzrə hazırlıq iclasının vaxtı dəqiqləşdirilib
Cinayət işi üzrə məhkəmə baxışı martın 15-də araşdırılacaq

Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin yavərinin məhkəməsinin vaxtı dəqiqləşib. Generalın qətli ilə bağlı toplanan cinayət işinin materiallarının bir hissəsi Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin hakimi İslam Neymanovun sədrliyi ilə araşdıralacaq. İş üzrə məhkəmə baxışı martın 15-də keçiriləcək. Məhkəmə qarşısında mərhum R.Rzayevin yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev cavab verəcək. Aydın Rəfiyev və Anar Haşımov 2009-cu il fevralın 11-də, Rail Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 000 avro məbləğində pul oğurlayıblar. Bundan əlavə, Anar Rəfiyevin əməkdaşlıq etdiyi "Aztol Telekom" MMC-də satış üzrə menecer vəzifəsində çalışdığı müddətdə şirkət rəhbərliyinin icazəsi və razılığı olmadan ona etibar edilmiş ümumi dəyəri 11 710 manat olan 18 ədəd mobil telefonu mənimsədiyi məlum olub.
Qeyd edək ki, təqsirləndirilən Aydın Rəfiyev Cinayət Məcəlləsinin - 177.3.2 (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.2.1 (mənimsəmə və ya israf etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən edildikdə), 179.2.2 (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 299.3 (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma - bu əməllər sağlamlığa zərər vurmaqla, zor tətbiq etməklə törədildikdə), 311.3.1 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 341.2.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər bir qrup şəxs tərəfindən yörədildikdə), 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Anar Haşımov Cinayət Məcəlləsinin 177.3.2, 341.2.1, 341.2.3-cü, Anar Rəfiyev isə 179.2.1, 179.2.2, 179.3.2 və 299.2-ci (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma - şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə, habelə həmin şəxsləri ifadə verməkdən boyun qaçırmağa məcbur etmə, şantayla və ya onların yaxın qohumlarını öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək hədəsi ilə törədildikdə) maddələri ilə təqsirli bilinirlər.
+  -  Çap 
Yerləşdirilib: 05.03.10 | Baxılıb: 158

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •