Musiqiçi bildirib ki, martın 7-də keçirilməsi nəzərdə tutulan konsertdə onun şah əsərlərindən biri səsləndiriləcək
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, pianoçu, xalq artisti Fərhad Bədəlbəyli Londonda konsert proqramı ilə çıxış edəcək. Musiqiçi bildirib ki, martın 7-də keçirilməsi nəzərdə tutulan konsertdə onun şah əsərlərindən biri səsləndiriləcək. “Buta” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək konsertdə Fərhad Bədəlbəylini London Simfonik Orkestri müşayiət edəcək.
|