Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 




 
 
 
Axtarış: 
Jurnalistlər mükafatlandırıldı
“Qadınlar həyatımızın bütün sahələrində olduğu kimi jurnalistika sahəsinə də öz töhfələrini verirlər. Zərif varlıqlar sübut ediblər ki, onlar bütün layihələrdə iştirak etmək və uğur qazanmaq gücünə qadirdirlər”.  Bu fikirlər dünən Muğam Mərkəzində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQ) təşkilatçılığı ilə 2009-cu ilin hesabatına əsasən jurnalistlərin mükafatlandırma mərasimində səslənib. Tədbirin aparıcısı Rafiq Həşimov qeyd edib ki, yarandığı gündən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası milli mətbuatın inkişaf etdirilməsi, müstəqil KİV-in fəaliyyəti üçün münbit mühitin yaradılması, qadınlar arasında liderlik keyfiyyətlərinin işıqlanması, milli mətbuatın texniki bazasının yaxşılaşdırılması və dövlətlərarası jurnalist mübadiləsinin aparılması sahəsində işlərini davam etdirir. 11 illik ənənəsinə sadiq qalan qurum 2009-cu ilin yekunlarına əsasən müxtəlif nominasiyaların qaliblərini elan edərək onları diplomlarla təltif edib.   AJQ-nin prezidenti Sevil Yusifova bildirib ki, nominantlar təşkilatın idarə heyəti üzvlərinin, ekspertlər qrupunun rəyləri və sosioloji sorğunun nəticələri əsasında müəyyənləşdirilib.   Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev Azərbaycan qadınlarının cəmiyyətdə xüsusi hörmətə və diqqətə sahib olduqlarını vurğulayıb. Onun sözlərinə görə, qadınlar Azərbaycanın bugünkü inkişafına həmişə öz töhfələrini verir və öz peşələrinə daha obyektiv və məsuliyyətlə yanaşırlar.   İnsan Haqları üzrə müvəkkil Elmira Süleymanova Azərbaycan qadınının tarixən ağır günlər yaşadığını vurğulayaraq bildirib ki, qadınlarımız tariximizin ən çətin səhifələrini həmişə öz çiyinlərinə götürüblər.   Tədbirin rəsmi hissəsi nominantların mükafatlandırılması ilə başa çatıb. Yekunlara görə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov “Azərbaycanda milli mətbuatın inkişafındakı xidmətlərinə görə” diplomu ilə təltif olunub. ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel “Mətbuata açıq diplomat”, xarici işlər nazirinin müavini Hafiz Paşayev isə “Mətbuata açıq dövlət məmuru” seçilib. KİB-in mükafatlandırılmasına gəlincə, AzərTAc “İlin informasiya agentliyi”, ELTV, “Kəpəz TV”, “Kanal F” “İlin regional televiziyası”, AzTV “İlin televiziyası”, “Day.az” “İlin ən yaxşı xəbər portalı”, “Azərbaycan qadını” jurnalı “İlin ən yaxşı qadın jurnalı”, “Media forum” “İlin internet qəzeti”, Təranə Məhərrəmova (“Kaspi” qəzeti), Gülşən Əliyeva (İTV) “İlin jurnalist qadını”, Samirə Mustafayeva (ATV) “İlin xəbər aparıcısı”, “İdman Azərbaycan” “İlin ən yaxşı idman kanalı”, “Aktual xəbər” (“Xəzər TV”) “İlin ictimai-siyasi verilişi” nominasiyalarında qalib gəliblər. “Türk dünyası, türk xalqlarının ortaq tarixi haqqında maarifləndirmə, təbliğat işlərinə görə” mükafatı “Şərq” və “Olaylar” qəzetlərinin redaksiyalarına, “İlin region qəzeti” mükafatı “Mingəçevir işıqları”na, “Reportyor işinə görə” mükafatı Vüsalə Rüstəmovaya (“Bizim yol” qəzeti), “Qadın və sağlamlıq məsələləri, “Genefondumuzu qoruyaq!” layihəsinin təşkilində göstərdiyi xidmətlərə görə” mükafatı “Qazelli” MMC-nin prezidenti Zərifə Həmzəyevaya, “Mətbuata göstərdiyi dəstəyə görə” mükafatı “Azercell Telekom” MMC-yə verilib. Azərbaycan Sənaye Bankının sponsorluğu ilə həyata keçən tədbir konsert proqramı ilə davam etdirilib.
+  -  Çap 
Yerləşdirilib: 05.03.10 | Baxılıb: 111

ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •  
    BANNERİMİZ
     
    kod almaq: