Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
   ƏDƏBİYYAT  

LAYİHƏ

AXTARIŞ
 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“ABŞ-ın təhlükəsizliyinə cavabdeh olan qurumlar qətnamənin qəbulunun əleyhinədir”
İbrahim Məmmədov: “ABŞ-ın hərbi sənaye kompleksinə yaxın olan dairələr, nəhəng neft şirkətləri, ümumiyyətlə, iqtisadiyyat və təhlükəsizlik məsələləri ilə məşğul olan dairələr ABŞ Konqresində erməni soyqırımı ilə bağlı qətnamənin müzakirəsinin əleyhinədirlər”

Hər il aprelin 24-ü yaxınlaşdıqca ABŞ-da qondarma erməni soyqırımı ilə bağlı müzakirələr intensivləşir. Bu il də istina olmadı. Dünən ABŞ Konqresinin Xarici əlaqələr Komitəsində qondarma erməni soyqırımı ilə bağlı qətnamə layihəsi müzakirəyə çıxarıldı. Müsahibimiz Az.TV-nin İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru İbrahim Məmmədovla söhbətimizi də bu mövzu üzərində qurduq.  

ABŞ-IN TÜRKİYƏYƏ EHTIYACI VAR

  - ABŞ Konqresinin Xarici əlaqələr Komitəsində qondarma erməni soyqırımı ilə bağlı qətnamə layihəsinin müzakirəyə çıxarılmasını necə qiymətləndirirsiniz?

- ABŞ Konqresində qondarma erməni soyqırımı ilə bağlı müzakirələrin aktuallaşması təbii ki, nə Türkiyənin, nə də Azərbaycanın marağındadır. Hətta, ABŞ-ın Azərbaycan və Türkiyəylə siyasi və iqtisadi sahədəki əməkdaşlığının inkişafında maraqlı olan qüvvələr də bu məsələnin gündəmə gəlməsində maraqlı deyillər. Həmin dairələr yaxşı bilirlər ki, Azərbaycan və Türkiyə ABŞ üçün təhlükəsizlik və enerji təhlükəsizliyi baxımından tərəfdaş ölkələrdirlər. Həmin dairələr bu məsələnin Konqresdə müzakirəsini istəmirlər. ABŞ-ın hərbi sənaye kompleksinə yaxın olan dairələr, nəhəng neft şirkətləri, ümumiyyətlə, iqtisadiyyat və təhlükəsizlik məsələləri ilə məşğul olan dairələr ABŞ Konqresində erməni soyqırımı ilə bağlı qətnamənin müzakirəsinin əleyhinədirlər. Onlar başa düşürlər ki, Türkiyəylə münasibətləri korlamağa ehtiyac yoxdur. ABŞ dövlət katibi Hillari Klinton da qətnamənin qəbul edilməsinin tərəfdarı olmadığını bəyan edib. O açıq şəkildə deyib ki, Türkiyəyə qarşı yönəlmiş bu qətnamənin gündəmə gətirilməsi ABŞ-ın xarici siyasətinin mənafelərinə uyğun deyil. Ümumilikdə götürsək, ABŞ-ı idarə edən, onun təhlükəsizliyinə cavabdeh olan, büdcəsini formalaşdıran qurumlar bu qətnamənin qəbulunun əleyhinədirlər. Amma çox təəssüf ki, tarixçilərin araşdırmalı olduğu bu cür hadisələr dövlətlərarası münasibətlərdə hansısa manevr etmək istəyən dairələr üçün 1915-ci il hadisələri bir arqumentdir. Bəziləri bu kimi amillərdən istifadə edib digər dövlətlərə təzyiq etməyə çalışırlar. ABŞ-da bəzi qüvvələr var ki, onlar Türkiyənin Əfqanıstana daha çox əsgər göndərməsini istəyirlər. Bəziləri isə bu məsələni Türkiyə-Ermənistan sərhədinin açılması üçün rəsmi Ankaraya təzyiq rıçaqı kimi istifadə etmək istəyirlər. Amma Türkiyə rəhbərliyi sərhədlərin açılması ilə bağlı prinsipial mövqeyini ortaya qoyub. Bütün bunları nəzərə alsaq, qətnamənin konqresdə qəbul edilməsi mümkünsüz görünür. Həm də ona görə ki, bu gün ABŞ-ın Türkiyəyə ondan çox məsələdə ehtiyacı var. Xüsusilə də Əfqanıstandakı proseslərdə müsəlman Türkiyəsinin və Azərbaycanın rolu əvəzedilməzdir. Amma ABŞ-dakı erməni lobbisinin gücünü də hesabdan silmək lazım deyil. Burada bir məqam diqqətdən qaçırılmamalıdır. Bu gün ABŞ Konqresində qondarma erməni soyqırımı ilə bağlı qətnamənin qəbul olunma ehtimalı əvvəlki illərə nisbətən azdır.

-  Bu məsələnin gündəmə gəlməsində prezident Barak Obamanın seçkiqabağı kampaniya çərçivəsində erməni soyqırımını tanımaqla bağlı verdiyin rolu nə qədərdir? Sizcə B.Obama seçkiqabağı verdiyi vədləri yerinə yetirməyə çalışmır ki?

- Məncə yox. Bilirsiniz, ABŞ-ın sadiq prezidentlərindən Bill Klinton da seçkiqabağı erməni soyqırımını tanıyacağını vəd etmişdi. Amma o, bu vədinə əməl etmədi. Hətta, Türkiyədə belə bir rəy var ki, ABŞ-Türkiyə münasibətləri məhz Bill Klintonun prezidentliyi dönəmində ən yüksək səviyyəsinə çatıb. Yəni seçkiqabağı verilən bəyanatlarla prezidentlərin real fəaliyyətlərini qarışdırmaq lazım deyil. Real siyasətə daxil olandan sonra prezidentlər adətən daha real addımlar atırlar. Konqresmenlərdən fərqli olaraq prezident, dövlət katibi, hökumətdə təmsil olunan digər şəxslər yaxşı başa düşürlər ki, qərarın qəbul olunmasıABŞ-a nəyin bahasına başa gələ bilər. Əgər ABŞ Konqresi qondarma soyqırımı tanıyan qətnamə qəbul edərsə, o, Türkiyənin xarici siyasətində ciddi dəyişikliyə səbəb ola bilər. Diqqət yetirirsinizsə, əvvəlki illərdə bu məsələ gündəmə gələndə Türkiyə rəsmiləri ciddi narahatlıq keçirirdilər, Vaşinqtona səfərlər edirdilər. Bu il isə Türkiyə özünü çox təmkinli aparır. Bu yaxınlarda xarici işlər naziri Əhməd Davudoğlu açıq şəkildə bildirdi ki, əgər ABŞ Konqresi Türkiyənin maraqlarını nəzərə almayacaqsa, Türkiyə də öz siyasətində dəyişikliklər edəcək. Ona görə də mən inanmıram ki, dünyanın bugünkü beynəlxalq siyasi konyukturasında ABŞ Turkiyəyə zərbə ola biləcək belə bir addım atsın. Bu gün ABŞ-da qətnamənin qəbul edilməsinin tərəfdarları əks mövqedə olanlardan qat-qat zəifdirlər.

- Bu qətnamənin müzakirəyə çıxarılmasında ABŞ-dakı erməni lobbisinin rolu nə dərəcədədir?

- Təbii ki, burada erməni lobbisinin də rolu var. Onlar ABŞ-ın Ermənistanla sərhədləri açması üçün Türkiyəyə təzyiq etməsini istəyirlər. Amma bu məsələdə Türkiyəyə qarşı təzyiqlərin qətnamənin gündəmə gətirilməsindən dərinə gedəcəyi ehtimal olunmur.  

ABŞ İSTƏYİR Kİ, ERMƏNISTANDAKI İQTİSADİ VƏZİYYƏTİ YAXŞILAŞDIRSIN

-  Sizcə ABŞ-dakı erməni sevgisinin kökündə nə dayanır? Əgər Türkiyənin və Ermənistanın regiondakı mövqeləri nəzərə alınarsa, əslində ABŞ atdığı addımlarda Ankaranın maraqlarını önə çəkməlidir. Amma istənilən mübahisəli məsələlərdə ABŞ-ın Ermənistana yaxın mövqedən çıxış etməsi hiss olunur.

-  ABŞ istəyir ki, Ermənistandakı iqtisadi vəziyyəti yaxşılaşdırsın. Vaşinqtonun digər hədəfi Ermənistanın Türkiyə və Avropa ölkələri ilə inteqrasiyasına yolaçmaqdır. ABŞ-da istəyir ki, regionda sülh və sabitlik təmin olunsun. Amma prezident İlham Əliyevin də dediyi kimi məsələyə yanaşma bir qədər fərqlidir. Yəni regionda sabitliyin əldə olunmasına Ermənistan-Türkiyə sərhədlərinin açılmasından deyil, Dağlıq Qarabağ münaqişəsinin həllindən başlamaq lazımdır. Əslində Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz etmir. Amma bu proses Dağlıq Qarabağ münaqişəsinin həlli ilə paralel aparılmalıdır. Bu, daha çox effekt verə bilər və bütün regionun iqtisadi cəhətdən çiçəklənməsinə gətirib çıxara bilər. Sizə deyim ki, artıq ABŞ-da da bunu başa düşürlər. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın keçən ilin dekabrında ABŞ-a səfəri zamanı prezident Barak Obama da demişdi ki, o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində sürətlənmənin vacibliyini başa düşür. Bu o deməkdir ki, proses sürətlənməlidir və Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə eyni vaxtda baş verməlidir. Analoji olaraq Fransa prezidenti Nikola Sarkozinin saytı da onun Azərbaycan prezidenti İlham Əliyevlə son görüşündən sonra bu məsələ ilə bağlı bir məlumat dərc etmişdi. Həmin məlumatda bildirilirdi ki, Fransa prezidenti Qarabağ danışıqlarının sürətləndirilməsini istəyir. Bu baxımdan ümidlər var.

- Sizcə, ABŞ 24 aprel ərəfəsində Türkiyənin Ermənistanla imzaladığı protokolların ratifikasiyasına nail ola bilərmi?

- Birmənalı şəkildə demək lazımdır ki, xeyr. Əgər bunun üçün ABŞ-ın əlindəki yeganə təzyiq vasitəsi məsələnin Konqresin gündəliyinə çıxarılmasıdırsa və bunun da qəbul edilmə ehtimalı azdırsa, deməli, protokollara görə də ciddi təzyiqlər olmayacaq. Protokolların ratifikasiyası üçün bu, çox zəif arqumentdir.

- Belə çıxır ki, siz Barak Obamanın 24 apreldə ənənəvi müraciətində soyqırımı ifadsini işlətməyəcəyinə əminsiniz?

- Bəli, bu belədir. Çünki əgər bu gün dövlət katibi Hillari Klinton deyirsə ki, erməni soyqırımı ilə bağlı qətnamə Konqresdə müzakirə olunmamalıdır, deməli Barak Obama da soyqırımı ifadəsini işlətməyəcək. Artıq Amerika erməniləri bunu bilirlər və çox məyus olublar.   Hər il aprelin 24-ü yaxınlaşdıqca ABŞ-da qondarma erməni soyqırımı ilə bağlı müzakirələr intensivləşir. Bu il də istina olmadı. Dünən ABŞ Konqresinin Xarici əlaqələr Komitəsində qondarma erməni soyqırımı ilə bağlı qətnamə layihəsi müzakirəyə çıxarıldı. Müsahibimiz Az.TV-nin İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru İbrahim Məmmədovla söhbətimizi də bu mövzu üzərində qurduq.  

-
 Bəli, bu belədir. Çünki əgər bu gün dövlət katibi Hillari Klinton deyirsə ki, erməni soyqırımı ilə bağlı qətnamə Konqresdə müzakirə olunmamalıdır, deməli Barak Obama da soyqırımı ifadəsini işlətməyəcək. Artıq Amerika erməniləri bunu bilirlər və çox məyus olublar.

QONDARMA SOYQIRIMI ARTIQ İŞLƏK ARQUMENT DEYİL

-  Bütün bunlar Ermənistandakı siyasi proseslərə necə təsir edə bilər?

-  Təbii ki, baş verənlər Ermənistanın mövqelərini xeyli zəiflətdi. Artıq Ermənistan xarici siyasətinin Türkiyəyə qarşı əsas təzyiq rıçaqı olan qondarma soyqırımı artıq işlək arqument deyil. Artıq erməni soyqırımı təzyiq vasitəsi kimi öz məzmununu və keyfiyyətini itirməkdədir. Artıq bu məsələ Ermənistana Türkiyəni küncə sıxışdırmaq üçün imkanlar yaratmır. Qondarma erməni soyqırımı məsələsi beynəlxalq münasibətlərin aparıcı arqumenti kimi gündəmdən düşməkdədir. Real yanaşsaq, əgər Ermənistan 10 il bundan əvvəl Türkiyəyə bu məsələdə üstün gələ bilməyibsə, bu gün bu, mümkün deyil. Bu gün Türkiyə təkcə regionda deyil, bütün dünyada aparıcı dövlət statusuna yiyələnməkdədir.
-  Azərbaycan bu proseslərdə hansı mövqeyi tutmalıdır?

-  Təbii ki, Azərbaycan Türkiyəylə eyni mövqedən çıxış etməlidir və belə də edir. Azərbaycan bilir ki, prtokolların ratifikasiyası onun maraqlarına uyğun deyil. İndiki halda protokolların ratifikasiyası heç Türkiyənin də maraqlarına xidmət etmir. Çünki Ermənistan Konstitusiya Məhkəməsi imzalanmış protokolların mahiyyətini tamamilə dəyişib. Ermənilər həm Türkiyəylə sərhədlərin açılmasına nail olmaq, həm də qondarma soyqırımı və ərazi iddialarını gündəmdə saxlamaq istəyirlər. Bu isə Türkiyənin milli maraqlarına ziddir. Türkiyə hökuməti bu baxımdan protokolları ratifikasiya edə bilməz.  

ERMƏNİSTAN MÖVQELƏRİNİN ZƏİFLƏDİYİNİ GÖRÜB KONSTRUKTIV OLMALIDIR

- İbrahim müəllim, siz 24 apreldən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslərin hansı ssenari ilə davam edəcəyini proqnazlaşdırırsınız?

- Hər halda rasional düşüncə ilə yanaşsaq, Ermənistan mövqelərinin zəiflədiyini görüb daha konstruktiv olmalıdır. Amma onlar hansı mövqedən çıxış edəcək, deyə bilmərəm. Hər halda Ermənistanın müstəqillik əldə etdikdən sonra yürütdüyü xarici siyasətin nəticələri ortadadır. Bu siyasət Ermənistanı gətirib «dalan»a salıb. Məhz bu səhv siyasət nəticəsində Ermənistanın əhalisi 2 dəfə azalıb, iqtisadiyyatı demək olar ki yoxdur, ölkənin müstəqilliyi əldən verilib, ölkə bütün nəhəng regional layihələrdən kənar qalıb. Deməli, Ermənistanın xarici siyasətinə korrektələr olmalıdır. Amma qərarı ermənilər özləri qəbul etməlidir. Zaman onsuz da Azərbaycanın xeyrinə işləyir. Siyasətlərini dəyişməyəcəklərsə ölkədəki siyasi və iqtisadi böhran davam edəcək.

İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 05.03.10 | Baxılıb: 272

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •