Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Britaniya şirkətləri üçün Azərbaycanda münbit biznes imkanları var”
Lord Hant: “Britanya höküməti cənub dəhlizinin regional nəqliyyat şəbəkəsində mühüm halqa olmasını istəyir”

Böyük Britaniyanın enerji və ətraf mühit naziri Lord Hant Xəzər regionuna turnesi çərçivəsində Bakıya qısamüddətli səfər edib. Bu, Britaniya rəsmisinin son yarım il ərzində Azərbaycan paytaxtına artıq ikinci səfəridir. Bakıdan sonra Hant digər Xəzərətrafı paytaxtları də ziyarət edəcək. BBC-nin müxbirinə müsahibəsində britaniyalı nazir regiona səfəri və Britaniyanın Xəzər siyasəti barədə danışıb. Onun sözlərinə görə, enerji təhlükəsizliyi hazırda Avropa üçün həyati əhəmiyyət daşıyır: «Bu baxımdan Xəzər bölgəsindən təbii qazın mümkün qədər tez Avropa istiqamətində nəqli üçün mən cənub dəhlizinin inkişafını görmək istərdim. Azərbaycan bölgədə mühüm rol oynayır və mənim ARDNŞ rəhbərliyi ilə məhsuldar görüşüm oldu. Əməkdaşlığın genişləndirilməsi məsələsində mən nikbinəm və etiraf edim ki, Britaniya şirkətləri üçün burada münbit biznes imkanları var. Mən buradan Qazaxıstana yola düşürəm. Orada mənim təmaslarım Avropanın enerji təchizatının təmin olunması yollarına həsr olunacaq.
- Cənab Hant, bir qədər əvvəl Azərbaycan Rusiya və İranla qaz ixracına dair sazişlər imzaladı. Bu isə bəzilərinə Moskva və Tehranın Xəzər qazı uğrunda avropalıları sıxışdırdıqlarını söyləməyə əsas verdi. Belə bir şəraitdə yerdə qalan əsas Azərbaycan qazının Avropaya istiqamətləndirilməsi üçün Qərb daha sərfəli şərtlər təklif edə bilərmi?
- Bilirsizmi, Avropa bazarı azad və şəffaf bir bazardır. Avropa şirkətləri bazar iqtisadiyyatı şərtlərinə köklənmiş siyasət yürüdür və hər hansı gələcək saziş müvafiq şərtlərə uyğun olmalıdır. Mən əminəm ki, həm ixracatçı, həm də idxalçı ölkələr üçün sərfəli olan sazişi imzalamaq mümkün olacaq.

- Məsələ ondadır ki, son bir ildə imzalanmış sazişlər “Nabukko” kimi layihələrin perspektivinə bəzilərində müəyyən şübhələr yaradıb. Çoxları deyir ki, Qərb təşəbbüsü əldən verir. Bu baxımdan indi siz nə dərəcədə nikbinsiniz?

- Bir məqamın aydın olmasını istərdim. Böyük Britaniya cənub dəhlizini dəstəkləyir. Yəni söhbət Xəzərdən Cənubi Avropa istiqamətində uzanacaq nəqliyyat şəbəkəsindən gedir. Təbii qaz nəqlinin potensial marşrutları üçün indi bir neçə istiqamət var. “Nabukko” onlardan biridir. Ötən yay “Nabukko”ya dair hökümətlərarası saziş imzalandı. Kifayət qədər sanballı sənəddir. Lakin bu layihənin tərəqqi etməsi üçün müvafiq konsorsiuma daxil olan şirkətlərlə marşrut, qiymət və digər şərtlər barədə danışıqlar aparılmalıdır. Bununla belə, Britanya höküməti hər hansı ayrıca xətti deyil, məhz cənub dəhlizinin regional nəqliyyat şəbəkəsində mühüm halqa olmasını istəyir.

- Britaniyanın fəal olduğu Xəzər regionunda zəngin yataqlara malik mühüm bir oyunçu İrandır. Amma İranın regional enerji layihələrində iştirakı ideyası birmənalı qarşılanmır. Böyük Britaniya İranın regional layihələrə qoşulması çağırışlarına neçə yanaşır?

- Zənnimcə, İran məsələsi sırf enerji mövzusundan çıxaraq daha geniş baxış tələb edən problemdir. Bu mənada narahatçılıq doğuran məsələlərə dair İranla təmaslar aparılır. Bu narahatçılıqlar beynəlxalq birlik tərəfindən qəbul və müzakirə edilir. Məhz buna görə düşünmürəm ki, İranın enerji potensialı bu narahatçılıqlardan ayrıca qəbul edilməlidir.

-  Azərbaycan iqtidarı 2010-cu ili "Ekologiya ili" elan edib və ətraf mühitə neft və qaz tullantılarının təsirini azaltmaq üçün müvafiq layihələrə böyük maliyyə ayırmağa hazırlaşır. Britaniyanın bu sahədə böyük təcrübəsi var. Təmsil etdiyiniz hökümət Azərbaycanla bu sahədə əməkdaşlıq haqda nə düşünür?

- Ətraf mühitlə bağlı yerli hökümətin narahatçılığından məmnunam. Deyim ki, biz artıq bəzi ekoloyi layihələrə sponsorluq edirik. Bu, əməli praktika baxımından yaxşı təcrübədir. Britaniyanın digər layihələrə qoşulması və verə biləcəyi dəstəklə bağlı isə biz təmaslara hazırıq. Britaniyada ekoloji xidmətlər sahəsində ixtisaslaşmış çoxlu şirkət fəaliyyət göstərir. Bu istiqamətdə Azərbaycana maraq olsa, mən bunları dəstəkləyərəm.

- Ötən ildən başlayaraq Azərbaycan özü üçün yeni bir enerji sektoruna ayaq açmağa başlayıb-nativ enerjinin inkişaf etdirilməsi. Bunu həyata keçirəcək dövlət agentliyi də artıq fəaliyyətdədir. Bununla bağlı bir sıra ölkələr Azərbaycana öz təkliflərini artıq veriblər. Bəs nədən Britaniya Xəzərin ilk nativ enerji mərkəzi sayıla biləcək bu layihələrdə yoxdur?

- İlk öncə deyim ki, bu, yaxşı xəbərdir. Britaniya nativ enerjini son illər inkişaf etdirir və hazırda bu sahədə böyük təcrübə toplamışıq. Biz öz təcrübəmizlə bölüşməyə və yardım etməyə şad olardıq. Sizə bir faktı açıqlayım: 2002-ci ildə bizdə enerjinin cəmi-cümlətani 1,8%-i nativ enerji mənbələrindən alınırdısa, indi bu rəqəm 6 %-ə çatıb. Biz bu sahədə günəş, külək və suya əsaslanan texnologiyaları sınaqdan çıxarırıq. İndi bizim əsas qayəmiz şirkətləri bu işlərə stimullaşdırmaqdır.

Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 05.03.10 | Baxılıb: 272

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •