Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 




 
 
 
Axtarış: 
www.emdkdedrx.gov.az
Bu, Azərbaycandakı dövlət qurumlarından birinin saytıdır. Cənablar, internet saytın adı hökm deyil ki, qurumun tam adını əks etdirsin

İnternet uzağı yaxın edən, realda axtarıb tapa bilmədiyini yetirən, insanları bir-birinə yaxınlaşdıran əvəzsiz vasitədir. Tutaq ki, müştərilər işlədikləri və ya iş görmək istədikləri şirkətlər haqqında dəqiq məlumatları öyrənmək istəyirlərsə, bunun üçün ən gözəl vasitə web saytdır. Anton Çexovun əsərlərini oxumaq həvəsinə düşən üçün mağazaya və ya kitabxanaya getməyə ehtiyac yoxdur. İnternet bu işdə də yardımçıdır. Xaricdəki dostunla danışmaq istəyirsənsə, buyur, ucuz və sərfəli, həm onu görürsən, həm də səsini eşidirsən. Bir sözlə, internet XX əsrin ən böyük tapıntısıdır deyənlər yanılmırlar. Internet saytlar hal-hazırda əy yayğın və ən ucuz informasiya vasitəsidir. Azərbaycanda son 3-4 ildə sayt bumu yaşanır. Səhnəyə ilk qədəm qoyan yeniyetmə reperdən tutmuş, tanınmış siyasətçiyə kimi hamı texnologiyanın verdiyi imkandan yararlanıb özünü geniş auditoriyaya təqdim edir. Bu sahədə kommersiya qurumları daha fəaldırlar. Çünki müştərilər və internet istifadəçiləri sayt vasitəsilə dünyanın istənilən yerindən şirkət haqqında məlumat ala bilirlər, şirkətin ierarxik strukturu, fəaliyyət sahəsi, məmulatı və ya xidmətləri  haqqında ətraflı informasiyalar əldə edirlər. Hazırda sayt birinci növbədə hər bir şirkətin imicini müəyyən edir. Web sayt artıq şirkətlərin prestijinin göstəricisi kimi qələmə verilir. Son illərdə dövlət müəssisələrinin, nazirliklərin, konsernlərin internet səhifəsinin yaradılması normaya çevrilib. Elə bir qurum yoxdur ki, onun internet səhifəsi olmasın. Yaxşı, ya pis, normal və ya qeyri-normal dizayn, redaktə olsa da , hər halda var. Təxminən 2 ay öncə yerli QHT-lərdən biri dövlət müəssisələrinin internet saytlarının monitorinqini aparmış və qalibləri müəyyən etmişdir. Yəni dediyimiz odur ki, artıq bu qəbildən olan saytlararası rəqabət də var. Sözümüz bunda yox. Ümumiyyətlə, internetdə xüsusi reytinqölçən şirkətlər, saytlar, qurumlar var. Onlar seyrçilərin daxilolma sayından tutmuş, ən primitiv dizayna qədər bütün məqamlara diqqət yetirirlər. Son dövrlərdə ən dəbdə olan reytinqölçmə predmetlərindən biri gülməli və qeyri-adi adlarla bağlı araşdırmalardır. Məsələ bundadır ki, hər hansı bir dildə işlənən söz və ya söz birləşməsi, eləcə də adların abbreviaturası başqa bir dildə tamam başqa məna verə bilir. Ona görə də bu cür yanaşmalar nisbi xarakter daşıyır. Misal üçün,  “whorepresents.com” saytı. “Whore” sözü ingilis dilindən tərcümədə “fahişə” mənası verir. Amma bu o demək deyil ki, sayt özlərini satanların reklamı ilə məşğuldur. Bu, tanınmış insanların axtarış saytıdır. “expertsex.com” saytı sizi qorxutmasın. Bu, cinsini dəyişənlər üçün ekspertlərin deyil, sadəcə, dünyaca məşhur proqramçıların fikir mübadiləsi saytıdır. “therapistfinder.com” –zorakıların, qaniçənlərin deyil, cərrahların saytıdır.  
Amerikanın Nihilistlər İttifaqının saytı (The American Nihilist Underground Society) senzuradan kənar məna verir. Nigeriyanın kakao istehsalçısı şirkətinin domen adı rus dilində çox əxlaqsız məna daşıyır. Türkiyənin məşhur tekstil şirkətinin saytı (“duraktekstil.com) rus oxucularda gülüş doğurur (durak-axmaq). Elə rusların özündə də belə saytlar az deyil. Misal üçün, www.morda.ru, petya-superman.narod.ru, debri.ru/free/samye_idiotskie...tov, russian-idiots.narod.ru, www.padonki.org,  dzxnmr.iwarp.com domen adlarına rast gələndə gülməmək olmur.  Son illərin ən maraqlı gülüş tapıntısı isə adların uzunluğu ilə bağlıdır. EURid şirkətinin inzibatçısının açıqlamalarına görə, ötən il EU zonasında ən uzun adlı saytı qeydiyyatdan keçiriblər. Onlardan biri alman istifadəçi olub və israrla thisisthelongesteuropeandomainnameallovertheworldandnowitismine.eu saytını qeydiyyatdan keçirməyi tələb edib. Digər zarafatcıl alman isə aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.eu və  zzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.eu. Bir fransız şirkəti isə lerelaisinternet-com-favorise-la-croissance-de-votre-entreprise.eu. ibarəsindən yararlanıb. Oxşar səfehliyi isə bir Uels şəhərinin sakinləri öz şəhərlərinə hədiyyə ediblər.  llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogochuchaf.eu. Latın riyazi rəqəmi olan “pi” rəqəminin azarkeşləri də həmkarlarından geri qalmırlar. 64 rəqəmdən ibarət sayt qeydiyyatdan keçiriblər. Azərbaycanda da sayt yaratmaq dəbə minəndən öz ağlını, intellektini və bacarığını sayt adlarında əks etdirənlər çoxalıb. Son vaxtlar yol kənarlarında yerləşən yaşayış və inzibati binaların, divarların, metro keçidlərinin, daynacaqların üzərinə boya ilə müxtəlif saytların, elektron ünvanların yazıldığının şahidi oluruq. "canım.som”, “sevgilim.som”, “qatıq.urod.ru”, “bizimkiler.vorzakon.ru” və s və i.a. Söhbət “niyə divarlara yazılır”dan getmir,  söhbət saytı yaradanın ağlının, təfəkkürünün səviyyəsini ölçməkdədir. Azərbaycanda heç bir şəxsə, idarə və quruma sayt yaratmaqla bağlı məhdudiyyət qoyulmur. Kim istəyirsə ya provayder şirkətlərinin əməkdaşlarına, ya müstəqil dizaynerlərə pul verib öz saytını yığdırır, müəyyən rüsum müqabilində isə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən domen, yəni ünvan alır. Bütün bunlarla nə demək istəyirik? Söhbətimizin əvvəlində qeyd etdik ki, dövlət müəssisələrində sayt yaratmaq artıq normadır. Hər bir təşkilatın, qurumun saytı olmalıdır. Amma necə? Ötən ay Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yeni internet saytı istifadəyə verildi. Saytda əhalinin daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində maariflənməsi üçün materiallar yerləşdirilib. Xidmətin Əsasnaməsi üzrə müəyyən edilmiş fəaliyyət istiqamətləri barədə məlumatlar verilib. Bundan başqa, saytda vətəndaşların onları maraqlandıran suallara Xidmətin 148 nömrəli «qaynar xətt»ində cavab ala biləcəkləri barədə elan da öz əksini tapıb. İstifadəçilər «Vətəndaş müraciətləri» bölməsinə daxil olmaqla daşınmaz əmlak üzərində hüquqların qeydiyyatına dair elektron müraciətlərini təqdim etmək və onları maraqlandıran məsələlərə qısa müddət ərzində operativ cavab almaq imkanlarından yararlana bilərlər. Hər şey gözəl və gözləniləndir. Alqışlamaq lazımdır. Amma. Bəli, burada böyük bir əmma var. Komitənin saytının adı qurumun adının abbreviaturasından götürülüb: www.emdkdedrx.gov.az. Gördüyünüz kimi, çox rahat və yaddaqalan addır. Təbii ki, zarafat edirik. Fikrimizcə, yuxarıda söz açdığımız reytinqölçən saytlar Azərbaycan üzrə araşdırma aparsalar, bu sayt ən gülməli adlar siyahısında birinci yeri tutar. Cənablar, internet saytın adı hökm deyil ki, qurumun tam adını əks etdirsin. Əsas odur ki, mahiyyət uyğun gəlsin. Misal üçün reyestr.gov.az yazılsaydı, həm sadə, həm də yaddaqalan olardı. Onda sizin mətbuata ötürdüyünüz press-relizdəki “qısa müddət ərzində operativ cavab almaq imkanlarından yararlana bilərlər” cümləsi həqiqətə uyğun olardı.  
Sənan
+  -  Çap 
Yerləşdirilib: 04.03.10 | Baxılıb: 219

ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •  
    BANNERİMİZ
     
    kod almaq: