|
Amma necə tutaçağını bilmir
Dubayın polis rəisi Dahi Halfan Tamim İsrailin baş naziri Benyamin Netanyahu və İsrailin kəşfiyyat orqanı MOSSAD-ın rəhbəri Meyra Daqananı həbs etmək niyyətindədir. “Frans-Press” agentliyinin yaydığı məlumata görə, Dahi Halfan Tamim deyib ki, HƏMAS-ın hərbi qanadının rəhbəri əl-Mahbunun yanvarın ortalarında Dubayda öldürülməsinin İsrail tərəfindən təşkil olunduğu şübhəsizdir.
Buna görə də Dubayın polis rəisi İsrailin baş nazirini və MOSSAD-ın rəhbərini öz kamerasında görmək istəyir. Dahi Halfan Tamim artıq Dubay Prokurorluğuna həmin şəxslərin həbsinə order verilməsi üçün müraciət edib. Ancaq Birləşmiş Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanlarının rəisinin İsrailin baş nazirini və MOSSAD-ın rəhbərini necə həbs edəcəyi aydın deyil. Təl-Əviv hələ məsələyə şərh verməyib. Dubay polisi isə ABŞ-ın Federal Təhqiqatlar Bürosuna da müraciət edib və killerin ABŞ banklarından birinin kartı ilə hərəkət etdiyini bildirib. Ancaq ABŞ-da fəaliyyət göstərən “Metabank” həmin kartın saxta sənədlərlə alındığını açıqlayıb, öz müştərisi haqqında geniş məlumat verməkdən imtina edib.
Azər NURİYEV
|