Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
İran ABŞ mətbuatının diqqət mərkəzində
«The Los Angeles Times» yazır ki, İran MAQATE-yə yönəlik siyasətini dramatik şəkildə dəyişib

İranda baş verən hadisələr ABŞ mətbuatında geniş müzakirə olunur. «The Washington Post» qəzetinin yazdığına görə, BMT-nin nüvə agentliyinin rəhbəri deyib ki, o, İranın bütün nüvə fəaliyyətlərinin dinc mahiyyət daşıdığını təsdiq edə bilməz. Beynəlxalq Atom Enerji Agentliyinin rəhbəri Yukiya Amanonun sözlərinə görə, İran onun agentliyinə məsələni araşdırmaq üçün lazım olan əməkdaşlığı aparmağa şərait yaratmayıb. «The Los Angeles Times» isə yazır ki, İran BMT nüvə agentliyinə yönəlik siyasətini dramatik şəkildə dəyişib. Qəzet bunu İranın BMT-nin son hesabatını və agentliyin yeni direktorunu sərt tənqid etməsi ilə sübuta yetirməyə çalışır. Bazar günü İranın ali dini lideri Ayətulla Əli Xameneyi BMT-nin nüvə agentliyini sərt tənqid edib. “Beynəlxalq Atom Enerji Agentliyinin hesabatı bu qurumun müstəqil olmadığını göstərir” - deyə Xameneyi Tehranda İran diplomatlarına bildirib. O deyib ki, agentlik Amerika və başqa ölkələrin qarşısında baş əyməməlidir, çünki belə hərəkətlər Nüvə Agentliyinin və BMT-nin reputasiyasına xələl gətirir. Qəzet yazır ki, yapon diplomat Yukiyo Amani misirli Məhəmməd Əl Baradeyinin 12 illik sədrliyindən sonra dekabrda agentliyin rəhbəri olub. Onun rəhbərliyi ilə ilk hesabatını açıqlayan agentlik ilk dəfə olaraq İranın nüvə silahı əldə etməyə çalışa bilməsini açıqlayıb. İranın buna reaksiyası isə xüsusilə Amano üzərində cəmləşərək çox sərt olub. “Amanonun Baradeyi kimi məlumatlı olması üçün vaxt lazımdır. Bu hələ onun ilk hesabatıdır”- deyə İranın xarici işlər naziri Mənuçöhr Mottəki bildirib.
«The Wall Street Journal»ın “İrana qarşı sanksiyalarda yeni an” başlıqlı yazısında deyilir ki, Yukiya Amano agentliyə sədr olandan bəri Avstriya paytaxtı Vyanada keçirdiyi ilk mətbuat konfransında qurumun 18 fevral hesabatını müdafiə edib. Qəzetin məlumatına görə, agentliyin icraçı üzvlərinin toplantısında Təhlükəsizlik Şurasının İrana mümkün sanksiyaların tətbiqi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir. ABŞ mətbuatında İranla bağlı digər mövzulara da yer verilib. «CNN»in internet saytında yazılır ki, İran rəsmiləri ölkənin iki əsas müxalifyönümlü islahatçı nəşriyyatını bağlayıb. Hər iki mətbuat orqanının müxalifət lideri Mehdi Kərrubi ilə əlaqəsi var idi. Qəzet yazır ki, həm gündəlik «Etimad» qəzetinə, həm də həftəlik «İranDoxt» jurnalının fəaliyyətinə qadağanı Mətbuata Nəzarət Şurası qoyub. Şura deyib ki, islahatçı sabiq qanunvericilər və Kərrubi tərəfdarı Elias Həzrətinin idarə etdiyi Etimad 6 dəfə mətbuat qanununu pozub və bu gündən etibarən qapadılıb. «The New York Times»ın yazdığına görə isə, bu qapadılmalar İranın ali dini lideri Ayətulla Əli Xamneyinin cənab Kərrubi və digər müxalifət lideri Mir Hüseyn Musəvinin siyasətdən kənarlaşdırılmasını deməsindən sonraya təsadüf edib. Bu arada qəzetin digər məlumatında deyilir ki, müxalif Caras veb səhifəsinin 4 jurnalisti və bir univesitet müəllimi 2 ay təcridxanada saxlanandan sonra azadlığa buraxılıb.
+  -  Çap 
Yerləşdirilib: 04.03.10 | Baxılıb: 258

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •