|
İxtisarlar 900 milyon dollara qənaət etməyə imkan verəcək
BBC-nin baş direktoru Mark Tomson yeni strategiyanı açıqlayıb. Bu strategiyada yayım nəhənginin yerli xidmətlərində ixtisarların olacağı təxmin edilir. İxtisarların iki yerli rəqəmsal radiostansiyanın və BBC internet səhifəsinin böyük hissəsinə aid olacağı gözlənilir. Cənab Tomson BBC işçilərinə deyib ki, mətbuat dünyası köklü şəkildə dəyişməkdədir və BBC də bu dəyişikliklərə uyğun hərəkət etməlidir. O bildirib ki, korporasiya hər şeyi etməkdənsə, diqqətini keyfiyyətə yönəltməlidir. BBC-nin yüksək vəzifəli rəsmilərinə əsasən, təklif edilən ixtisarlar təxminən 900 milyon dollara qənaət etməyə yardım edə bilər ki, bu pullar da daha yaxşı proqramların hazırlanmasına xərclənər.
|