Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Yer kürəsinin oxu tərpənib
NASA alimindən sensasion açıqlama

Birləşmiş Ştatların Milli Aerokosmik Agentliyində (NASA) işləyən alimlərdən biri bəyan edib ki, şənbə günü Çilidə baş vermiş güclü zəlzələ Yer kürəsinin oxunu yerindən tərpədərək onun istiqamətini 8 santimetrə qədər dəyişib. Bunun nəticəsində hər bir günün uzunluğu qısalacaq. Günün uzunluğu Yer kürəsinin oxu ətrafında bir tam dövr etməsi vaxtı ilə ölçüldüyündən, bu oxun yerindən tərpənməsi planetimizin fırlanması parametrlərinə də təsir edəcək. NASA alimi deyib ki, zəlzələ planetin kütləsini onun fırlanma oxundan kənarlara paylaşdırırsa, planetin fırlanması səngiyə, gün isə uzana bilər. NASA-nın hesablamalarına əsasən, Çili zəlzələsi Yer kürəsinin oxunu 2004-cü ildə Asiyada sunamiyə səbəb olmuş 9,1 bal gücündə olan zəlzələdən çox dəyişib.
Yeri gəlmişkən, Çilidə zəlzələ nəticəsində ölənlərin sayı dəqiqləşdirilir. Zəlzələnin nəticələri də aradan qaldırılır. Hökumət ilk növbədə talançılara qarşı mübarizəyə başlayıb. Hazırda ölkədə komendant saatı tətbiq edilib və zirehli maşınlar Çilinin Konsepsion şəhərində keşik çəkirlər. Soyğunçular yanğınsöndürmə məntəqəsini, poliklinikanı və ərzaq dükanlarını talan ediblər. Bəzi ərazilərdə yerli sakinlər özləri keşik dəstələri yaradıblar. Baş nazirin müavini bildirib ki, Çili hökuməti Konsepsion şəhərinin əsas supermarketlərindəki bütün ərzaq mallarını alıb ki, onları pulsuz paylaya bilsin. Eyni zamanda paytaxt Santyaqodan böyük həə yardım göndərilməkdədir.
Təxliyyə işçiləri dağılmış binanın altından səslər eşidəndən sonra mümkün sağ qalanların axtarışını davam etdirirlər. Prezident Mişel Baçelet 795 nəfərin öldüyünü, onların əksəriyyətinin - 586 nəfərin zəlzələdən ən çox ziyan çəkən Maule bölgəsindən olduğunu açıqlayıb. Beynəlxalq Qızıl Xaç Komitəsi isə dünya ölkələrindən 6,5 milyon dollar yardım etmələrini istəyib. Təşkilatdan edilən açıqlamaya görə, bu pul su, çadır və digər yardım əşyalarının alınması, 15 min ailəyə yaxın 6 ayda yardım edilməsi üçün Çili Qızıl Xaç Komitəsinə veriləcək.
Bu arada isə ABŞ dövlət katibi Hillari Klinton Latın Amerikasına turunun tərkib hissəsi olaraq zəlzələnin məruz qaldığı Çiliyə gedib. Santyaqoya kommunikasiya ləvazimatı gətirən xanım Klinton Çilinin hazırkı prezidenti Mişel Baçelet və yenicə prezident seçilmiş Sebastyan Pinera ilə görüşüb.
Xatırladaq ki, Çilidə fevralın 27-də baş vermiş zəlzələnin gücü 8,8 bal olub. Təbii fəlakət yüzlərlə insanın ölümünə, onlarla adamın itkin düşməsinə, 1,5 milyon evin zərər görməsinə səbəb olub. Çiliyə ümumilikdə 15 milyard dollardan artıq ziyan dəyib.
+  -  Çap 
Yerləşdirilib: 04.03.10 | Baxılıb: 280

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •