|
Yaponiyanın «Nissan Motor» şirkəti dünya bazarından 540 min ədəd avtomobil modelini geri çağırır. «Associated Press» agentliyinin verdiyi məlumata görə, şirkət 2008-2010-cu illərdə istehsal olunmuş «Nissan Titan», «Nissan Armada», «Infiniti QX56», 2008-2009-cu illərdə istehsal olunan «Nissan Quest», həmçinin 2005-2008-ci illərin «Nissan Pathfinder» və «Nissan Xterra» modellərini geri çağırır. Bunun əsas səbəbi sözügedən modellərdə avtomobili hərəkətə gətirən pedallarda nöqsanın üzə çıxmasıdır. «Nissan Motor» şirkəti adıçəkilən avtomobil modellərini martın 22-dən etibarən geri çağırmağa başlayacaq. İndiyədək sözügedən modellərdə üzə çıxan nöqsan ucbatından hələ heç bir qəza vəziyyətinin yaranmamasına baxmayaraq, şirkət bu modellərin sahiblərinə diler mərkəzlərinə müraciət etməyi tövsiyyə edir.
|