Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Gəncədə dönərxanaların fəaliyyəti dayandırılır
Gəncədə gigiyenik tələblərə cavab verməyən, sanitar normalara uyğun olmayan dönər məhsullarının satışına nəzarət gücləndirilib. Bu məqsədlə dönər bişirilən obyektlərdə reydlərə başlanılıb

SİA-nın bölgə müxbiri xəbər verir ki, Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təşkil olunan yoxlamalar zamanı qida məhsulunun keyfiyyəti hazırlanma qaydalarının norma və tələblərə cavab verib-verməməsi araşdırılıb. Xüsusəndə quş ətindən, daha doğrusu toyuqdan hazırlanan dönərlərin satılıb-satılmaması diqqətdə saxlanılıb. Yoxlamalar göstərib ki, ölkənin ikinci böyük şəhərində quş ətindən dönər məhsulları satılır, eyni zamanda bu obyektlərdə şərait ürək açan deyil. Ayrıca bəzi dönərxanalar Gigiyena və Epidemiologiya Mərkəzinin icazəsi olmadan fəaliyyət göstərir. Bu isə burada çalışan işçilərin sağlamlıqlarına, eyni zamanda hazırlanan məhsulların keyfiyyətinə nəzarətin olnmadığını təsdiq edən digər başlıca amildir.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Kərim Abbasoğlunun SİA-nın bölgə müxbirinə verdiyi məlumata əsasən dönər satışı ilə məşğul olan şəxslərə əvvəlcədən xəbərdarlıq edilb. Məktub göndərilərək bu vətəndaşlara quş ətindən dönər satılmasına qadağa qoyulması bildirilib.
Ortaya çıxan mənzərə digər bir məsələnidə diqqət mərkəzinə gətirib. Hazırda Gəncə şəhərinin əksəriyyət dayanacaqları təyinatına uyğun fəaliyyət göstərmir. Başqa ifadə ilə desək dayanacaqlarda dönər satılır. Bu isə ümumiyyətlə qadağandır. Çünki bu dayanacaqlarda gigiyenik qida məhsullarının bişiriliməsi və satışı üçün heç bir şərait yoxdur.
Reydlər zamanı isə 10-dan artıq dönərxananın fəaliyyəti dayandırılıb. Ümumiyyətlə isə il ərzində fəaliyyətinə xitam verilən dönərxanaların sayı 20 dən artıqdır.
+  -  Çap 
Yerləşdirilib: 04.03.10 | Baxılıb: 220

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •