Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 




 
 
 
Axtarış: 
Qondarma soyqırımı haqda qətnamə qəbul ediləcəkmi?
Bu gün ABŞ Konqresinin Numayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində «erməni soyqırımı»na dair qətnamə müzakirəyə çıxarılacaq
Konqresin komitəsində müzakirəyə çıxarılacaq məsələ ilə bağlı deputat çoxluğu Türkiyənin əleyhinədir. Bu səbəbdən də onun qəbulu baş tuta bilər. Elə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da etiraf edib ki, ABŞ-ın «erməni soyqırımı» haqda qətnaməni qəbul etməsi mümkündür.
“Zaman” qəzeti yazır ki, Davudoğlu Vaşinqtonun bu addımı Ankaraya təzyiq vasitəsi kimi ata biləcəyini söyləyib. Nazir ölkəsinin Ermənistanla münasibətlərin normallaşdırılmasını nəzərdə tutan protokolları üç günün içində ratifikasiya edə biləcəyini söyləyib. “Radikal” qəzetinə müsahibəsində o, məsələyə belə münasibət bildirib: “Biz Qafqazda nəyə nail olmaq istəyirik? Protokolları imzalamışıq. Onların parlamentin gündəliyinə salınması müqavimətlə qarşılanacaq. Lakin cəmi 3 günə onları ratifikasiya edə bilərik. Bəs 3 ay sonra Qarabağda müharibə başlasa və biz sərhədləri yenidən qapamalı olsaq necə..?” Nazir protokollarda Dağlıq Qarabağ münaqişəsi, Qars müqaviləsi kimi məqamların əksini tapmamasının müxalifət tərəfindən tənqid olunmasına da münasibət bildirib: “Əvvəlcədən ilkin şərtlərlə danışırsınızsa, bu zaman irəliləyiş əldə olunmur. Biz bu məqamları önə sürsək, ermənilər də “soyqırım” haqda danışacaqdılar”.
Yeri gəlmişkən, “Vatan” qəzetinin yaydığı xəbərə görə, ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayədəsi Mayk Hammer də Konqresdə keçiriləcək səsverməyə münasibət bildirib. Onun sözlərinə görə, prezident Barak Obama 24 aprel 2009-cu il müraciətində 1915-ci idə baş vermiş hadisələrlə bağlı mövqeyini bildirib: “Biz həqiqətlərin dürüst və ədalətli qəbuluna tərəfdarıq. Bu hədəfə çatmağın ən yaxşı yolunun erməni və türk xalqlarının münasibətləri normallaşdırması səyləri çərçivəsidə keçmişdə yaşananları da ələ almalarının olduğuna inanırıq. Bu səyləri dəstəkləməkdə davam edəcəyik”.
Dövlət Departamentinin mətbuat katibi Filip Krouli isə Türkiyə ilə Ermənistana keçmişə yox, irəliyə baxmağı tövsiyə edib. Belə ki, Dövlət Departamentində keçirilən gündəlik mətbuat konfransında jurnalistlərdən biri ona aşağıdakı sualla müraciət edib: “ABŞ dövlət katibi Hillari Klintonun keçən həftə Nümayəndələr Palatasının Xarici Münasibətlər Komitəsindəki sözləri, həm türklər, həm də ermənilər tərəfindən Klintonun özlərinə dəstək verməsi kimi qəbul edilib. Dövlət Departamenti bu məsələdəki mövqeyini yenidən müəyyənləşdirib?” Krouli isə suala cavabında bildirib ki, ABŞ, Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşmasıyla nəticələnəcəyinə ümid etdiyi mövcud prosesi dəstəkləyir: “Türkiyə və Ermənistan on illər əvvəl nə baş verməsi ilə bağlı tarixi gerçəkləri qiymətləndirmək üçün kifayət qədər imkana malikdirlər. Bu səbəbdən fikirimizi dəyişməmişik, ancaq hər iki ölkəylə yüksək səviyyədə təmasda olmağı və onları İsveçrədə keçən il əldə edilən razılaşmanın hər iki tərəfdən də həyata keçirilməsi üçün dəstəkləməyi davam etdiririk”.
İki ölkə arasında 90 il əvvəl nəyin baş verməsi ilə bağlı ortaq razılığın olmadığını vurğulayan Krouli qeyd edib ki, ABŞ buna baxmayaraq hər iki ölkə liderinin atdığı cəsarətli addımları qiymətləndirir: “Eyni zamanda iki ölkəni, keçmişə baxmağa deyil, irəliyə doğru hərəkət etmələri yolunda dəstəkləməyə davam edir”. Krouli əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında normal əlaqələrin inkişaf etdirilməsi iki ölkə ilə yanaşı, bölgənin də xeyrinədir.
Türkiyə öz növbəsində Vaşinqtonda lobbiçilik fəaliyyətini gücləndirib. Bir tərəfdən Türkiyə Böyük Millət Məclisinin iqtidar və müxalifətdən olan üzvlərindən ibarət nümayəndə heyəti danışıqları davam etdirir, digər tərəfdən isə yeni səfir Namik Tan türk və yəhudi lobbisi ilə işləyir. Səfirin təmasları fayda verməyə başlayıb. Mənzil-qərargahı Vaşinqtonda yerləşən JİNSA yəhudi institutu qondarma soyqırımı ilə bağlı qanun layihəsinin qəbuluna qarşı çıxıb. İnstitutun açıqlamasında deyilir ki, ABŞ Konqresi başqa xalqların tarixinin müzakirə olunacağı bir yer deyil. JİNSA hesab edir ki, Türkiyə və Ermənistan müstəqil ölkə kimi mübahisələri özləri həll etməlidirlər. Türkiyədəki yəhudi icması ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin üzvlərinə məktub göndərib. “Habertürk”ün yaydığı məlumata görə, məktubda uydurma “erməni soyqırımı” haqqında qərar layihəsinin qəbul olunacağı təqdirdə Türkiyə-ABŞ münasibətlərinin zədələnəcəyi barədə xəbərdarlıq əksini tapıb. Məktubda deyilir: “Türkiyə yəhudi icması tarixi olayların dəyərləndirilməsinin parlamentlər tərəfindən həyata keçirilməsini doğru saymır. Bu, tarixçilərin vəzifəsidir. Məlum layihə qəbul olunarsa, Türkiyə-Amerika əlaqələri zərər görəcək, Türkiyə-Ermənistan münasibətləri də düzəlmə istiqamətində inkişaf etməyəcək”. İsrailin Türkiyədəki səfiri Qabi Levi də “Akşam” qəzetinə açıqlamasında ötən illərdə ölkəsinin bu cür layihələri əngəlləmək üçün cəhdlər göstərdiyini xatırladıb: “Türkiyə istəsə, keçmişdəki təcrübələrimiz əsasında yenə əlimizdən gələni etməyə hazırıq”.
Öz növbəsində ABŞ-da müdafiə, hava və kosmos sənayesi sahəsində öndə gedən şirkətlər Konqresdə qondarma erməni soyqırımı qətnaməsinin müzakirəsi ilə bağlı xəbərdarlıq ediblər. "Lockheed Martın", "Boeing", "Raytheon", "United Technologies" və "Northrop Grunman" şirkətlərinin rəhbərləri 26 fevral tarixində ABŞ Nümayəndələr Palatasının Xarici Münasibərlər Komitəsinin sədri Hovard Berman ortaq məktub göndəriblər. Məktubda bildirilib ki, bu qanunun komitədən keçməsi Türkiyə-Amerika əlaqələrində çat yaradacaq və amerikalıların fəaliyyətlərini riskə atacaq. "Önəmli bir NATO tərəfdaşı və ticarət ortağını küsdürmək, ABŞ-ın geosiyasi mənfəətlərinə, ixracata, həmçinin iş sahələrini artırma səylərinə mənfi təsir edəcək" - deyə məktubda bildirilir. Həmçinin qeyd edilib ki, Amerika müdafiə və kosmos sənayesi Türkiyəyə keçən il cəmi 7 milyard dolları dəyərində mal ixrac edib və şirkətlər bu il də "eyni möhkəm vəziyyəti" davam etdirməyi planlaşdırırlar.
Bununla belə, son vəziyyət Türkiyənin əleyhinədir.
Konqresin xarici əlaqələr komitəsində 46 millət vəkili var. Onlardan 26-sı Barak Obamanın təmsil etdiyi Demokrat Partiyasından, 20-si isə Respublikaçılar Partiyasından seçilib. Erməni seçicilərə yaxınlığı ilə seçilən demokratlardan 18-nin qanunun qəbuluna səs verəcəyi dəqiqdir. Respublikaçılar arasında isə 7 millət vəkilinin Türkiyənin əleyhinə səs verəcəyi gözlənilir. Əgər belə olsa, o zaman qanun layihəsi 25 nəfər lehinə, 21 nəfər əleyhinə olmaqla qəbul edilə və Konqresə göndərilə bilər. Amma son qərarın verilməsi spiker Nensi Pelosidən asılıdır. Ermənilərin sıx yaşadığı Kaliforniyadan seçilən Nensi Pelosi qondarma soyqırımı iddialarını dəstəkləyir. Lakin son anda Barak Obamadan gələcək bir telefon zəngi qərarı dəyişdirə bilər.
ABŞ erməniləri də dinc oturmur. Amerika Erməniləri Assosiasiyası (ANCA) “Türkiyənin susdurma siyasətinə son” başlıqlı yeni kampaniyaya start verib. ABŞ-dakı Azadlıq heykəlinin ağzının Türkiyə bayrağı ilə bağlandığı illüstrasiyanın yer aldığı banner Amerikanın aparıcı internet səhifələrində reklam kimi yerləşdirilib.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 04.03.10 | Baxılıb: 94

ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •  
    BANNERİMİZ
     
    kod almaq: