Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
İran yenidən siyasi gərginlik içərisində
Bu öıkənin sabiq prezidenti Haşimi Rəfsəncaninin övladları haqqında cinayət işini başlanıb

İranda siyasi gərginlik səngimək bilmir. Müxalif siyasətçilərə qarşı təzyiqləri davam etdirən hökumət bu dəfə Məsləhət Şurasının sədri Haşimi Rəfsəncaninin övladları haqqında cinayət işini başladıb. “Farsnews”ın yaydığı məlumata görə, İranın ədliyyə naziri Mürtəza Bəxtiyari bildirib ki, Haşimi Rəfsəncaninin övladları Mehdi və Faizə Haşimi Rəfsəncanilər 2009-cu ilin iyun ayından etibarən ölkədə dəfələrlə qarışıqlıq salıb, qeyri-qanuni küçə yürüşlərində iştirak edərək insanları qarşıdurmaya səsləyiblər. Nazir hər iki şəxs haqqında indiyə qədər bəzi araşdırmalar aparıldığını bildirib. Hazırda onlar haqqında rəsmi olaraq cinayət işi başlanıb və sabiq prezidentin övladları törətdiyi əməllərə görə məhkəmə qarşısında cavab verməli olacaqlar. Yeri gəlmişkən, müxalifət lideri Mir Hüseyn Musəvinin ölkə boyu genişmiqyaslı etiraz aksiyalarına başlamaq çağırışı geniş rezonans doğurub. Parisdə sürgündə yaşayan İranın sabiq prezidenti Əbülhəsən Bəni Sədr müxalifət lideri Mir Hüseyn Musəvinin bəyanatının açıq şəkildə onun rejimdən ayrıldığını göstərdiyini deyib. Sədr Musəvinin bəyanatının və bir neçə gün bundan əvvəl Mehdi Kərrubinin referenduma çağırmasının birbaşa ali ruhani lider Əli Xameneyiyə meydan oxuma adlandırıb.
Qeyd edək ki, siyasi gərginliyin hökm sürdüyü İranda Musəvinin çağırışı dini ruhani lider ayətulla Əli Xameneyinin Musəvi və digər müxalifət liderlərinin rejimdən kənarlaşdırılmalı olduğunu deməsindən bir neçə gün sonraya təsadüf edir. Musəvinin ali ruhani lider ayətulla Xameneyiyə müxalifətin etiraz yürüşləri keçirməsinə icazə verməsi barədəki müraciəti onun açıq itaətsizliyini nümayiş etdirib. İranın ali ruhani lideri müxalifət liderlərinin rejimdən tam olaraq kənarlaşdırılmasına çağırıb ki, bu onların seçkilərdə iştirakının da qarşısını ala bilər. “Mən və digər müxalifət lideri Mehdi Kərrubi düşünürük ki, Yaşıl Hərəkata nümayişlər keçirməsinə imkan verilməli və bizim hərəkatımızın gücü barədə şaiələrə son qoyulmalıdır” - deyə Musəvi bildirib. Musəvi deyib ki, fevralın 11-də hökuməti dəstəkləmək məqsədi ilə keçirilən nümayiş təhlükəsizlik qüvvələrinin köməyi ilə təşkil edilib. Musəvi 1979-cu il inqilabının ildönümü münasibəti ilə hökumətin təşkil etdiyi yürüşləri hakimiyyətdəki son dövrlərində Rıza şah Məhəmməd Pəhləvinin başçılığı ilə keçirilən yürüşlərlə müqayisə edib. O deyib ki, belə yürüşlər şah dövründəki müstəbid metodları və məntiqi xatırladır, onlarla fəxr etməyə dəyməz. Musəvinin “Kəlameh” veb səhifəsinə müsahibəsi zamanı dediyi bu sözlər hökumətə qarşı güc nümayişidir.


Hazirladı: Kamran
+  -  Çap 
Yerləşdirilib: 03.03.10 | Baxılıb: 278

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •