Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ermənistan hakimiyətini silkələyən aksiya
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan: “Erməni hökuməti anlamalıdır ki, Azərbaycanın iqtisadı inkişaf tempinə çatmaq üçün Ermənistan dövlət büdcəsini ən azı 20 dəfə artırmalıdır, bu isə qeyri-mümkündür”

Erməni müxalifətinin ötən gün keçirdiyi çoxminlik mitinq ölkə daxilində və xaricində böyük rezonans doğurub. Hakimiyyət «strateq»ləri gözləyirdi ki, aksiyaya çox az adam gələcək və bu səbəbdən də onun keçirilməsinə icazə verdi. Bununla da özünün «qəbrini» qazmış oldu. Paytaxta gələn əksər yolların bağlanmasına baxmayaraq minlərlə insan «Matandaran»a axışdı.
 


BƏZİ MƏLUMATLARA GÖRƏ, AKSİYADA 70 MİNƏ YAXIN İNSAN İŞTİRAK EDİB

 
Beləliklə, aksiya göstərdi ki, müxalifətin zəifləyəcəyi ilə bağlı ümidlər özünü doğrultmayıb. Xalqın mövcud hakimiyyətdən narazılığı həddən artıq güclənib. Erməni Milli Konqresinin mətbuat katibi Arman Musinyan bildirib ki, onlar növbəti aksiyanı daha möhtəşəm edəcəklər. Henlçinki Vətəndaş Assambleyasının Vanadzor ofisi isə vətəndaşların sərbəst hərəkət etmək hüququnun pozulması ilə bağlı bəyanat yayıb.
Erməni cəmiyyətində sabiq prezident, Erməni Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyanın Yerevanda təşkil olunmuş mitinqdə ölkə rəhbərliyini sərt tənqid etməsi də geniş müzakirə olunur. Ən çox diqqət çəkən məsələ müxalifətin aksiyada növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsi ilə yanaşı, mart hadisələrini araşdıracaq müstəqil beynəlxalq komissiyanın yaradılması tələbini ortaya qoymasıdır. Qeyd edək ki, müraciət Avropa Şurasının Ermənistandakı nümayəndəliyinə də göndərilib. Erməni Milli Konqresi müstəqil tezliklərin və A+1 telekompaniyasının efirə qaytarılmasını da irəli sürüb. Eyni zamanda, qazın qiymətini qaldırdığına görə, «ArmRosqazprom» kompaniyası da məhkəməyə verilib.

ATƏŞ ƏMRİNİ ROBERT KÖÇƏRYAN VERİB?

Ən maraqlısı isə odur ki, aksiyada iştirak edən Levon Ter-Petrosyan mart 1-də mitinqçilərə atəş açmaq əmrinin eks-prezident Robert Köçəryan tərəfindən verildiyini bəyan edib. Bu səbəbdən də onun Beynəlxalq Haaqa məhkəməsində mühakimə olunmasını istəyib. Ermənistan mətbuatının yazdığına görə, o, Yerevanın həm Dağlıq Qarabağ münaqişəsi, həm də Türkiyə ilə münasibətlərdə uduzduğuna əminliyini ifadə edib. «Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana qaytarılması məsələsi artıq həllini tapıb. Prezidentlərin Soçi görüşündən sonra isə tərəflərin sanki həllin açarını tapdıqlarına dair qənaət yaranıb. Yaxın vaxtlarda bu məsələyə aydınlıq gələcək» - deyə sabiq prezident bildirib. O, istənilən halda münaqişənin həll mərhələsinə qədəm qoyduğunu söyləyib: «Fikrimcə, Ermənistanla Azərbaycan Dağlıq Qarabağın gələcək statusu, oraya sülhməramlıların yerləşdirilməsi, həmçinin iki ölkə arasında quru sərhədlərinin müəyyənləşdirilməsi məsələlərinin də açarını tapıblar».
Türkiyə ilə münasibətlərə gəlincə, Ter-Petrosyan hesab edir ki, rəsmi Yerevan ilk gündən bilməliydi ki, Ankara istənilən halda Azərbaycanın maraqlarını nəzərə alacaq. «Beynəlxalq ictimaiyyətin Türkiyəyə təzyiqlər etməsi haqda deyilənlər isə siyasi şoudur» - deyə müxalifət lideri bildirib: «Türkiyə və Ermənistan parlamentləri Sürix protokollarını ratifikasiya etmədiyi üçün çoxları prosesin dalana dirəndiyini bildirir. Lakin heç bir dalana dirənmədən söhbət getmir. Çünki Türkiyə prosesdən istədiyini alıb. Ankara son illər boyunca əsas hədəfi olan soyqırımın tanınması prosesini dayandırıb. Hazırki mərhələdə Serj Sarkisyanın xarici siyasətinin dalana dirəndiyi haqda danışılmalıdır». Ermənistan prezidenti və Konstitusiya Məhkəməsinin Sürix protokolları ilə bağlı fəaliyyətini sərt tənqid edən Ter-Petrosyan hesab edir ki, bunlar «Türkiyəyə hədiyyə»dir: «Daha bir belə təşəbbüs irəli sürülsə, nə Ermənistandan, nə də Qarabağdan bir şey qalmayacaq».

QARIŞIQ SİTUASİYADAN ÇIXMAĞIN YEGANƏ YOLU

Ermənistan Demokrat Partiyasının lideri Stepan Dəmirçiyan  isə Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistana beynəlxalq təzyiqlərin artdığını söyləyib. «Qarabağ danışıqlar prosesindən kənarlaşdırılıb. Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində qeyri-müəyyənlik var. Ermənistanın bu protokolları imzalamaqla nə qazanacağı bilinmir. Bu qarışıq situasiyadan çıxmağın yeganə yolu yeni və ədalətli seçkilərin keçirilməsidir», - deyə Dəmirçiyan qeyd edib. Sonda 2008-ci ilin 1 mart hadisələrinə toxunan müxalifət lideri deyib ki, bu faciənin səhifəsini iqtidar açıb, bağlayan isə erməni xalqı olacaq.
Aksiyada o da qeyd edilib ki, prezident seçiklərindən sonra da müxalifət nümayəndələrinin həbsi davam etdirilib. EMK-nin yaydığı məlumata görə, keçən iki il ərzində müxalifətin minlərlə üzvü polis məntəqəsində zorakılıqlara məruz qalıb, 500 nəfər saxlanılıb, onlardan 150-si həbs edilib:
«120 nəfər kütləi iğtişaşlarda iştirak kimi qondarma ittihamlarla müxtəlif müddətə həbs cəzasına məhkum ediliblər. Onların bir qismi, daha dəqiq desək, 50 nəfəri yalnız 2009-cu ilin sonlarında elan edilən amnistiyadan sonra azadlığa buraxılıb. Yerdə qalanları isə saxta ittihamlarla hələ də cəzalarını çəkməkdə davam edirlər». EMK-nin məlumatına görə, 2008-ci ilin mart hadisələrinə görə, hazırda 13 nəfər həbsxanalarda cəzalarını çəkirlər.
Yeri gəlmişkən, aksiyada çıxış edənlər Ermənistan iqtisadiyyatının iflic vəziyyətinə də toxunublar. Məsələn, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bildirib ki, onu ən çox narahat edən məsələ Azərbaycanıın qısa vaxt ərzində iqtisadı potensialının artırmasıdır: «Rəsmi Yerevan anlamır ki, vəziyyət belə davam etsə bu Ermənistan üçün son ola bilər”. Q.Baqratyan hakimiyytə rəsmilərinin yanvar ayında iqtisadi ticarət dövriyyəsinin 1 faiz təşkil etməsi ilə bağlı deyilən fikirlərə münasibət bildirərkən əlavə edib ki, ironiyaya qapılmır: «İstərdim ki, heç olmasa bura iqtisadı inkişaf naziri gəlsin ki, onda riyazi anlayış formalaşsın, Hökumət deyir ki, ticarət dövriyyəsində 1 faiz, xidmət sahəsində isə 1.7 faiz artım var. Bütün sahələrdə geriləmə olduğu bir vaxtda inkişaf necə gedə bilər. Bu həqiqətən də gülməli bir faktdır. Lakin Azərbaycanda bu rəqəmlər qat-qat yüksəkdir. Bütün sahələrdə inkişaf artıq göz qabağındadır”.
2010-cı il ərzində Ermənistanın iqtisadiyyatında dirçəlmə baş verməyəcəyini söyləyən sabiq baş nazir hesab edir ki, hökumət tərəfindən bütün faktlar formal olaraq kağız üzərində göstərilir: "Daxildə isə tamam başqa ab-hava hökm sürür. Hazırda Ermənistan iqtsadi cəhətdən geriləmə cədvəli üzrə MDB dövlətləri arasında axırıncı yerdədir və qiymətli kağızları stabil saxlamaq məqsədilə xaricdən vəsait alır. Mən öz proqnozlarımdan imtina etmirəm. Həqiqəti gizlətmək nəyə lazımdır. Erməni hökuməti anlamalıdır ki, Azərbaycanın iqtisadı inkişaf tempinə çatmaq üçün Ermənistan dövlət büdcəsini ən azı 20 dəfə artırmalıdır, bu isə qeyri-mümkündür”.
Yerevanda keçirilən aksiyaya zərgərlərin də qoşulması maraqlıdır. Qeyd edək ki, polis aksiyanın daha fəal üzvlərini saxlayıb. Dünən də bir neçə bazarın zərgərləri onların fəaliyyətinə maneələr yaradıldığını bildirərək, Nazirlər Kabinetinin binası qarşısında nümayiş keçirib. Nümayişçilər parlamentin binasına tərəf yürüşə cəhd də ediblər. Məlumata görə, kassa aparatlarının tətbiqi haqda qanuna yenidən baxılmasını tələb edən zərgərlərin sıraları hər ötən gün daha da genişlənir. Məhz bundan narahat olan polis bu gün prosesə müdaxilə etmək qərarına gəlib. Polisdən verilən açıqlamada isə məlumatların yanlış olduğu, heç kimin saxlanılmadığı bildirilib.
+  -  Çap 
Yerləşdirilib: 03.03.10 | Baxılıb: 267

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •