|
Prezidentin sərəncamı ilə "Şərəf" orfeni ilə təltif edilən xalq artisti Fidan Qasımova bu qərardan hədsiz sevindiyini bildirir
Prezidentin sərəncamı ilə "Şərəf" orfeni ilə təltif edilən xalq artisti Fidan Qasımova hisslərini ANS PRESS-lə bölüşüb. Bu qərardan hədsiz sevindiyini bildirən sənətçi mükafatın onun üçün gözlənilməz olduğunu bildirib. “Heç gözləmirdim, mənim üçün sürpriz oldu. Hesab edirəm ki, bu mükafat prezidentimin mənə 8 mart qabağı hədiyyəsidir”, deyə xaql artisti bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Fidan Əkrəm qızı Qasımova “Şərəf” ordeni ilə təltif edilib. F.Qasımova bu mükafata Azərbaycan incəsənətinin inkişafında və vokal sənəti sahəsində gənc ifaçıların hazırlanmasında xidmətlərinə görə layiq görülüb. Xalq artisti 1997-ci ilə də “Şöhrət” ordeni ilə təltif edilib.
|