Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
On minlərlə insan Sarksiyanı istefaya çağırdı
İrəvanda etiraz aksiyası keçidən erməni müxalifəti növbədənkənar parlament və prezident seçkilərinin keiçrilməsini tələb edir

Martın 1-də erməni müxalifəti iki il bundan öncə baş verən qanlı mart hadisələrinin növbəti ildönümünü qeyd etmək üçün küçələrə çıxıb. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarının aksiyası prezident seçkiləri zamanı həlak olanların xatirəsini yad etməklə başlayıb. Aksiyanı açan Erməni Ümummilli Hərəkatının İdarə Heyətinin üzvü Aram Manukyan bildirib ki, Erməni Milli Konqresi (EMK) mart hadisələri zamanı həlak olanların xatirəsinə abidə ucaltmaq niyyətindədir. Bununla bağlı müvafiq müsabiqə keçiriləcək. Aksiya zamanı «Xalqın hakimiyyəti» ictimai təşəbbüs qrupu müxalifət sıralarına qoşulduğunu bəyan edib. «Biz indiki hakimiyyətə dözə bilmərik, Sarkisyanın istefasını tələb ediirik» – deyə hərəkatın rəhbəri Zoya Tadevosyan vurğulayıb. Aksiya  iştirakçıları onun sözlərinin ardınca «İstefa», «Sona kimi mübarizə» şüarlarını səsləndiriblər. Aksiyanı aparan Aram Manukyan bildirib ki, onlara qızıl məmulatları istehsalçıları da qoşulub. Həlak olanlardan birinin anası Alla Xaçatryan bildirib ki, «1 mart tariximizin ən qanlı səhifəsidir». EMK-nin iqtisadi qrupunun nümayəndəsi Vaaqn Xaçatryan isə çıxışında bildirib ki, «böhran şəraitində hakimiyyət xalqa kömək etməlidir, amma biz bunun əksini görürük». Onun sözlərinə görə, Ermənistanda kasıbların sayı 90 min nəfər də artaraq, 890 minə çatıb. Aksiyada çıxış edən EMK-nin koordinatoru Levon Zurabyan may ayı ərzində Ermənistan qanunvreici məclisinin yenidən təşkil olunmasını, iyul ayından sentyabr ayına kimi isə növbədənkənar parlment və prezident seçiklərinin keiçrilməsini tələb edib. O bildirib ki, müxalifət mübarizəni aktivləşdirməyi və daha sərt addımlar atmağa hazırlaşır. «Respublika» Partiyasının lideri Aram Sarkisyan isə Serj Sarksiyanın yeganə uğuru kimi iki illik preztdent kürsüsündə qalmasını göstərib. Aksiyada Ermənistan Milli Konqresinin lideri, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan da  çıxış edib. Qeyd edək ki, mitinq yürüşlə başa çatıb. Müxalifətin aksiyasına bütün liderlər – «İrs» Partiyasının lideri Stepan Səfəryan, «Respublika»nın lideri Aram Sarkisyan, David Şahnazaryan və Ararat Zurabyan iştirak edib. Hakimiyyət isə aksiyanın genişmiqyaslı olmaması üçün güclü səy göstərib. Belə ki, səhər saat 8:00-dan Vanadzor-Yerevan, Spitak-Yerevan, Taşir-Yerevan, Alaverdi-Yerevan istiqamətlərində mikroavtobusların hərəkəti dayandırılıb. «Armeniya todey»in yaydığı məlumata görə, növbəti dəfə polis bölmələri heç bir əsas olmadan postlarda avtomobilləri saxlayıb və bununla da ölkə vətəndaşlarının sərbəst hərəkətinə maneçilik törədilib. Məlumata görə, «yuxarılar»ın tapşırığı ilə əyalətlərdən Yerevana avtobusların hərəkəti səhər saatlarından etibarən tam dayandırılıb. Lakin buna baxmayaraq, aksiyaya on minlərlə insanın qatıldığı bəli olub. Erməni Milli Konqresinin yaydığı son bəyanatda bildirilir ki, onlar mitinqöncəsi hakimiyyətin qeyri-qanuni addımlara hazırlaşdığına dair xəbərlər alıblar. «Hakimiyyət insanları nümayişdən çəkindirmək üçün tədbirlər görür. Qeyd edək ki, 2008-ci ilin fevralında keçirilən seçkilərdə iştirak edən Levon Ter-Petrosyanın tərəfdarları seçkinin nəticələrinin saxtalaşdırılmasına, Serj Sarkisyanın qalib elan olunmasına etiraz əlaməti olaraq fevralın 19-da «Matendaran» meydanına axışıblar. Fevralın 19-dan martın 1-ə qədər fasiləsiz aksiyalar keçirilib. Martın 1-də polis meydanı təmizləməyə çalışıb. Nəticədə qarşıdurma baş verib, 10 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb. Nəticədə Yerevanda fövqəladə vəziyyət elan olunub və fövqəladə vəziyyət rejimi martın 20-dək davam edib. 


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 02.03.10 | Baxılıb: 338

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •