Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 




 
 
 
Axtarış: 
Türkdilli xalqların diasporları arasında əməkdaşlıq yeni mərhələdə
İstanbulda Türkiyə Hökumətinin Xaricdə yaşayan türklərlə iş üzrə Baş İdarəsinin yaradılması ilə əlaqədar toplantı keçirilib

Disaporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən xəbərə əsasən, dövlət naziri Faruk Çelikin təşkilatçılığı ilə keçirilən tədbirə ABŞ-dan Avstraliyaya qədər bütün dünyada yaşayan türk icmaları ilə yanaşı Türkiyədəki Qafqaz, Balkan dərnəklərinin təmsilçiləri də qatılıblar. toplantıda Azərbaycandan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Ramil Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib. Tədbirə həmçinin, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirov, Benilüks Azərbaycanlıları Konqresinin fəxri prezidenti Sahil Qasımov, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov, Belarus Azərbaycanlıları Konqresinin sədri Natiq Bağırov və digər Azərbaycan diaspor təşkilatlarının rəhbərləri də qatılıb.   Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi toplantıda bu idarənin yaradılması haqqında hazırlanmış qanun layihəsinin mahiyyəti barədə məlumat verilib, müzakirələr nəticəsində diaspor nümayəndələrinin də rəy və təklifləri öyrənilib.   Azərbaycan nümayəndə heyəçti adından tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan Respublikası Prezidentinin salamlarını toplantı iştirakçılarına çatdırıb. N.İbrahimov Azərbaycan dövlətinin türkdilli xalqların diasporları arasında əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib. Dövlət Komitəsinin sədri 2007-ci ildə Bakı şəhərində prezidentin təşəbbüsü ilə Azərbaycan və türk diaspor təşkilatlarının forumu və Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının keçirildiyini xatırladıb. N.İbrahimov qeyd edib ki, Türkdilli xalqların problemlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından diasporlar arasında əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.   Tədbirdə çıxış edən Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğan bütün türkdilli xalqların bir-birinin problemlərinə, yaşadığı üzüntülərə hər zaman yüksək həssaslıqla yanaşdığını vurğulayıb. O, Türkdilli ölkələr arasında əməkdaşlığın türk xalqlarının rifahına və təhlükəsizliyinə xidmət etdiyini vurğulayıb. Baş nazir Xocalı soyqırımının 18-ci ildönümün tamam olduğunu xatırladaraq qeyd edib ki, bu cinayəti törədənlər ədalət məhkəməsi qarşhısında cavab verməlidir. “Biz qətliamları yaşamaq istəmirik. Lakin, qətliamlara məruz qalanlarla onların iztirabını bölüşürük. Eyni zamanda bu qətliamları törədənlərin də Avropa İnsan Haqları Məhkəməsi və ədalət divanı qarşısında cavab verməsini istəyirik” - Türkiyənin baş naziri belə deyib.   Qeyd edək ki, tədbirdə çıxış edən Amerika Türk Dərnəkləri Federasiyasının rəhbəri Kaya Boztəpə də Xocalı soyqırımı haqqında danışıb. O, bu soyqırımın insanlığa qarşı bir cinayət olduğunu bildirərək, türkdilli xalqların diasporlarını Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak etməyə çağırıb.   Xatırladaq ki, Türkiyə hökumətinin tərkibində yaradılacaq sözügedən baş idarə xaricdə yaşayan türklərin cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının qorunması, milli-mənəvi dəyərlərinin mühafizəsi, Türkiyə Respublikası ilə əlaqələrinin inkişafı, xaricdə təhsil alan türk tələbələrin problemlərinin həlli, türkdilli xalqlarla əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcək. İdarə həmçinin xaricdəki türkləri ayrıseçkilik, assimilyasiya və bu kimi digər problemlərdən qorumaq məqsədi daşıyacaq.
+  -  Çap 
Yerləşdirilib: 02.03.10 | Baxılıb: 83

ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •  
    BANNERİMİZ
     
    kod almaq: