Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Uşaqlarınızı baxçaya etibar edirsinizmi?
Valideynlər qətiyyətlə “hə” deyə bilmirlər

Uşaqların məktəbəqədərki dövrlərində ailədən başlayan tərbiyə sonradan baxça mühitində formalaşır. Artıq uşaqlar həmin mühitdə nə görürlərsə, nə eşidirlərsə, ona uyğun formalaşırlar. Son müddətdə uşaqların baxçaya verilməsi tələbi daha sərt formada qoyulur. Amma valideynlər heç tələsənə oxşamırlar ki, bu da səbəbsiz deyil. Onları ilk növbədə uşaq baxçalarının sanitar-gigiyenik durumu, tərbiyəçilərin səviyyəsi, nəhayət, bu işin maliyyə tərəfi maraqlandırır. Valideynlərin baxçalardan imtina etməsinə səbəb tək qiymətlərin yüksək olması deyil, baxçada uşaqlara olan laqeydlik, qidalarına nəzarətin olmaması, bəzi tərbiyəçilərin uşaqlara verilən ərzağın çox hissəsini evlərinə aparmalarıdır. Üstəlik, tərbiyəçi adından istifadə edərək uşaqların üstünə qışqırmaları, bütün hirslərini onların üzərlərinə tökmələri isə pərdəarxası hallardır. Ona görə də valideynlər məcbur qalıb onlara «hörmət» edirlər ki, uşaqlarına yaxşı baxsınlar.
Ortalığa başqa sual çıxır: bəs imkanları olmayan və işləməyə məcbur olan validenlər uşaqlarını evdə tək qoymamaq üçün nə etməlidirlər? Görəsən, «artıq» 100 manatı olan valideynlər uşaqların baxçalara verərkən onların etibarlı əllərdə olduqlarına əmindirlərmi? Baxçalarda olan vəziyyət valideynləri qane edirmi? Elə bu sualları respondentlərimizə ünvanladıq.
Mətanət Kərimova: «Uşaqlarımın hər ikisini baxçaya qoydum. Bir neçə müddətdən sonra məlum oldu ki, baxçaların qiyməti 100 manatdır. Bu xəbəri eşidəndən sonra baxça adı evdə çəkilmədi. Çünki buna imkan olmadı. Həm də övladlarımın getdikləri baxçada, yəni Əmircan qəsəbəsində yerləşən 87 saylı baxçada siçanlar az qala uşaqların yeməklərinə daraşırdılar. Hər addımlarında qorxu hissi ilə qarşılaşırdılar. Belə şəraitdə hansı ağıllı valideyn övladını bu cür baxçaya etibar edə bilər? Bu baxçada belə bir qayda da qoyuldu ki, ailədə neft sahəsində çalışan kimsə varsa uşaq o zaman bu baxçaya qəbul oluna bilər. Əks halda qəti qadağandır».
Əfsanə Ağamalıyeva: «Mən övladımı baxçaya verməyə məcburam. İstər 100 manat, istərsə də 200 manat olsa belə. Çünki işləyirəm. Ailəni tam təmin etmək, övladımın gələcəyi üçün işləmək mənə vacibdir. Bu səbəbdən oğlumu baxçaya qoydum. Təbii ki, hər bir ana uşağının hansı şəraitdə tərbiyə almasına görə çox narahat olur. Məcburiyyət qarşısında qaldıqda başqa nə etmək olar?!»
Günay Məhərrəmova: «Mən gənc anayam. Ailəm məni erkən yaşda ərə verdiyinə görə uşaqla necə rəfar etmək lazım olduğunu bilmirəm. Ona görə də uşağı baxçaya qoydum. Həm dincəlirəm, həm də övladım yaxşı tərbiyə alır. Axı mənim nə həyat təcrübəm var ki, övladıma da yetərincə tərbiyə verim. Həm də axı mən özüm gəncəm. Niyə indidən özümü uşaq qayğıları ilə yormalıyam».
Ədilə Şabanova: «Nəvəmi heç bir zaman baxçaya tərbiyə almaq üçün təhvil vermərəm. Hansısa yoldan keçən, yad bir insan mənim nəvəmi niyə tərbiyə etməlidir?! Əgər onun ailəsi, validenləri və evdə ailənin qayğısını çəkən nənəsi varsa. Heç bir qadın istər baxçada, istərsə də məktəbdə ananın əvəzini verə bilməz. Onun qədər övladının qayğısına qala bilməz. Mən qəti olaraq uşaqların baxçaya verilməsinin əleyhinəyəm. Və inanmıram ki, baxçada uşaqlara kifayət qədər tərbiyə, qayğı göstərirlər. Ona görə də etibar etmirəm».
Yeganə Yaşar
+  -  Çap 
Yerləşdirilib: 02.03.10 | Baxılıb: 429

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •