|
Prezident İlham Əliyev AzərTAc-ın baş direktoru Aslan Əhməd oğlu Aslanovu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Başqa bir sərəncamla 90 illiyi tamam olan AzərTAc-ın bəzi əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar jurnalist” - Abdullayeva Fəridə Sabir qızı, Hacıyeva Asya Əlibala qızı; “Əməkdar mədəniyyət işçisi” - Səfixanov Vahid Sədiyar oğlu, Ayvazlı Bətul Dilavər qızı, Səfərov Cavid Ağa Əli oğlu, Rzayeva Ətrabə Qulu qızı, Cəfərov İlqar Şaban oğlu; “Əməkdar mühəndis” - Osmanov Oleq Sədiroviç.
Dövlət başçısı AzərTAc-ın bu əməkdaşlarını “Tərəqqi” medalı ilə təltif edib: Abdullayeva Sevinc Nazim qızı, Əliyev Sabir Yunis oğlu, Seyidov Vüqar Nadir oğlu, Ağayev Adil Saday oğlu, Axundova Ayşə İsgəndər qızı, Mehrəliyeva Şəfəq Akif qızı, Kazımov Qulu Nadir oğlu, Əliyeva Salihat Şamil qızı, Ağazadə Zeynal Fərrux oğlu. AzərTAc-ın əməkdaşı Əliyeva Elmira İsmayıl qızına Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü verilib.
|