Fevralın 26-da Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri teatrın baş direktoru Mübariz Həmidov açıb. O, Xocalı soyqırımı ilə bağlı Xocalıda şəhid ailələrinə göstərilən dövlət qayğısı, Xocalı faciəsinin beynəlxalq miqyasda tanınması, qanlı hadisələrin beynəlxalq məhkəmədə cavab verilməsi üçün görülən çox formatlı işlərdən danışıb. Daha sonra teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova, Belarus gənc tamaşaçılar teatrının aktrisası Natalya Başeva, xalq artisti Ağaxan Salmanlı, teatrın aktyoru Vahid Əliyev və tədbirin qonaqları çıxışı ediblər.
Tədbirdə “Bura vətəndir” məclisinin üzvləri, şəhid anaları da iştirak edib. Tədbirin sonunda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan “Dua” filmi nümayiş etdirilib.
Lalə Yusifqızı
|