|
Elmir Əliyev 84 manatı oğurlamaqda şübhəli bilinir
"Dadlılar" MMC-nin meneceri həbs edilib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Elmir Əliyevdir. E.Əliyev "Dadlılar" MMC-nin xəzinəsindən 84 manatı oğurlamaqda şübhəli bilinir. Faktla bağlı araşdırmalar aparılır.
|