|
Uşaq Q.Qarayev adına Körpələr Evinə təhvil verilib
Paytaxtda yeni doğulan oğlan uşağı tapılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, uşaq Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən fevralın 26-da saat 01.45 radələrində tapılıb. Cavadxan küçəsindəki 1 saylı evin girişində tapılan yeni doğulmuş oğlan uşağı Q.Qarayev adına Körpələr Evinə təhvil verilib.
|