Həm "Qalatasaray", həm də "Fənərbaxça" Avroliqada mübarizəni dayandırdılar
Fevralın 25-də Avropa Liqasının 1/16 final mərhələsinə yekun vuruldu. Bir sıra maraqlı nəticələr qeydə alındı. İlk növbədə AL-in son qalibi "Şaxtyor"un mübarizəni pley-offun ilk mərhələsində dayandırmasını qeyd edək. Bu mərhələdə daha çox - 4 komandayla təmsil olunan Almaniya bir itkiylə üzləşdi. İspanların isə turnirdə yalnız iki komandası - "Atletiko" və "Valensiya" mübarizəni davam etdirəcək. Hollandiyanın fiaskoya uğramasını qeyd etməmək olmz. PSV və "Tvente"nin aqibətini "Ayaks" da yaşadı. Amsterdamlılar "Yuventus"la cavab görüşündə uduzmasa da, öz meydanındakı 1:2 hesablı məğlubiyyət üzündən AL-dən kənarda qaldı. Yeri gəlmişkən, İtaliya klublarından yalnız "qoca sinyora" mübarizəni davam etdirəcək. Çünki "Roma" "Panatinaikos"a cavab görüşündə də səfərdə olduğu kimi 2:3 hesabıyla uduzdu.
Qitənin aparıcı liqalarından İngiltərə Premyer Liqası da bir itki verdi. Ölkə çempionatının son oyunlarında "Çelsi" və "M.Y."-ni məğlub edən "Everton"a öz meydanında "Sportinq"i 2:1 hesabıyla yenmək kifayət etmədi. Liverpulun eyniadlı komandası isə "Unirya"nı cavab görüşündə də yenərək növbəti mərhələyə adladı. Premyer Liqanın ortbablarından "Fulhem"in turnirin son qalibini mübarizədən kənarlaşdırması sensasiya kimi dəyərləndirilə bilər. Fransa və Portuqaliya klublarının bu mərhələni itkisiz başa vurduğunu da əlavə edək. Marsel "Olimpik"i, "Lill", "Benfika" və "Sportinq" yollarına davam etməklə sözsüz ki, ölkələrinin reytinqinə qızıla bərabər xallar da qazandırdılar. Postsovet məkanının futbol imicini isə yalnız "Rubin" qorumağa çalışacaq. Son 2 ildə Rusiya çempionluğunu qazanan kazanlılar Təl-Əvivdə "Hapoel"dən qol buraxmamaqla mərhələ adlayacaqlarına şübhə yeri qoymadılar.
1/16 final, cavab oyunları
Anderlext (Belçika) - Atletik (İspaniya) 4:0 (ilk oyun - 1:1)
Lukaku, 4. San Xose, 27-öz qapısına. Bussufa, 50. Leyar, 68.
Qalatasaray (Türkiyə) - Atletiko (İspaniya) 1:2 (1:1)
Keyta, 66 - Simao Sabroza, 63. Forlan, 90.
Olimpik (Marsel, Fransa) - Kopenhagen (Danimarka) 3:1 (3:1)
Ben Arfa, 43. Kone, 61; 77 - Aylton, 86.
Toroxovski, 79-p.
PSV (Hollandiya) - Hamburq (Almaniya) 3:2 (0:1)
Toyvonen, 2. Cucak, 43. Kuvermans, 90 - Petriç, 46.
Roma (İtaliya) - Panatinaikos (Yunanıstan) 2:3 (2:3)
Y.A.Riise, 11. De Rossi, 67 - C.Sisse, 40-p.; 45. Hinis, 43.
Unirya (Rumıniya) - Liverpul (İngiltərə) 1:3 (0:1)
Fernandeş, 18 - Masçerano, 29. Babel, 40. Cerrard, 57.
Şaxtyor (Ukrayna) - Fulhem (İngiltərə) 1:1 (1:2)
Yadson, 69 - Hangeland, 33.
Valensiya (İspaniya) - Brügge (Belçika) 3:0, əlavə vaxtda (0:1)
Mata, 1. P.Ernandes, 97-p; 117.
Verder (Almaniya) - Tvente (Hollandiya) 4:1 (0:1)
Pizarro, 15; 20; 58. Haldo, 27 - L.De Yonq, 33.
Volfsburq (Almaniya) - Vilyarreal (İspaniya) 4:1 (2:2)
Dzeko, 9. Anxel, 14-öz qapısına. Gentner, 41. Qrafite, 64 - Kapdevilya, 30.
Zaltsburq (Avstriya) - Standard (Belçika) 0:0 (2:3)
Sportinq (Portuqaliya) - Everton (İngiltərə) 3:0 (1:2)
Velozu, 64. Pedru Mendeş, 77. Fernandes, 90.
Fənərbaxça (Türkiyə) - Lill (Fransa) 1:1 (1:2)
Əmrə Belözoğlu, 34 - Rami, 86.
Hapoel (Təl-Əviv, İsrail) - Rubin (Rusiya) 0:0 (0:3)
0:0 (2:1)
Yuventus (İtaliya) - Ayaks (Hollandiya) 0:0 (2:1)
Benfika (Portuqaliya) - Herta (Almaniya) 4:0
Aymar, 25. Kardoso, 48; 62. Xavi Qarsiya, 59. 1:1
İlk oyunları martın 11-ə təyin edilən 1/8 finalda cütlüklər belə formalaşıb: Hamburq - Anderlext, Rubin - Volfsburq, Atletiko - Sportinq, Benfika - Olimpik M, Panatinaikos - Standard, Lill - Liverpul, Yuventus - Fulhem, Valensiya - Verder.
Bombardirlər: K.Pizarro (Verder) - 8, F.Lyorente (Atletik), Kardoso (Benfika) - 6.