Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Xocalı faciəsi ilə bağlı jurnalist müsabiqəsinə yekun vuruldu
“Kaspi” qəzetinin əməkdaşı Sənan Nəcəfovun “Müasir dünyanın kabus şəhəri” məqaləsi birinci yerə layiq görülüb

Mətbuat Şurası və “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin “Azərsun Holdinq”in maliyyə dəstəyi ilə Xocalı soyqırımına həsr olunmuş yazı müsabiqəsinin nəticələri elan olunub. Azərsun Holdiqin Mədəniyyət Mərkəzində baş tutan tədbirdə giriş sözü ilə “Azərsun” Holdinqin vitse-prezidenti Tahir Gözəl çıxış edib. O, Xocalı soyqırımının dünyada ən qəddar cinayətlərdən biri olduğunu qeyd edib. O, hər bir azərbaycanlının bu faciəni dünyaya tanıtmasının vacib olduğunu və bu istiqamətdə səylərin durmadan davam etməsinin vacibliyini vurğulayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında bu vaxta qədər Azərbaycan mətbuatında soyqırımı ilə bağlı dərc olunmuş yazılar barədə danışıb. Onun sözlərinə görə, bu vaxta qədər dərc olunmuş yazılar yalnız yerli auditoriya olub: «Buna görə də biz bir qədər fərqli, xarici auditoriyaya ünvanlanmış yazıların dərc olunması üçün müsabiqə keçirdik». Ə. Amaşov müsabiqə barədə məlumat verib ki, münsiflər heyəti 79 yazını nəzərdən keçiriblər. O, tədbir iştirakçılarının diqqətinə qalibləri müəyyənləşdirən münsiflər heyətini tərkibini çatdırıb. Qeyd olunub ki, münsiflər heyətinin tərkibinə Azərbaycanın xarici ölkələrlə birbaşa təması olan dövlət qurumlarının nümayəndələri də daxil edilib. Onlardan XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov, Diasporla İş Komitəsinin əməkdaşı Elşad Miraləm, Əsir, İtkin və Girov Götürülmüş şəxslərlə iş üzrə Dövlət Komissiyasının əməkdaşı Mahir Cavadlının adı xüsusi qeyd olunub. Bundan başqa Azərbaycan mətbuatının tanınmış simaları Mətbuat Şurasının üzvləri Bəxtiyar Sadıxov, Rəşad Məcid və “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev də münsiflər heyətində təmsil olunublar.   “Azərbaycan” qəzetinin baş redaktoru, bu müsabiqənin münsiflər heyətinin sədri Bəxtiyar Sadıxov tədbirdə çıxış edərək qaliblərin müəyyənləşdirilməsi prosesinə aydınlıq gətirib. O, bildirib ki, müsabiqənin formatına uyğun gələn yazılar seçilmiş və bir daha münsiflər heyətinin üzvlərinə qaytarılmışdır. Münsiflər öz növbələrində həmin yazıları 10 ballıq şkala ilə qiymətləndirmişlər. B.Sadıqov tam şəffaf və obyektiv aparıldığını xüsusi vurğuladı. Daha sonra müsabiqənin nəticələri açıqlanıb. Münsiflərin qərarına görə “Kaspi” qəzetinin əməkdaşı Sənan Nəcəfov “Müasir dünyanın kabus şəhəri” məqaləsi ilə birinci yerə layiq görülüb. İkinci yer üçün 2 qalib müəyyənləşib: Ceyhun Musaoğlu (Ədalət qəzeti) və Səriyyə Müslümqızı (Qarabağa aparan yol” qəzeti). Üçüncü yerə 3 jurnalist layiq görülüblər: Rufik İsmayılov (525-ci qəzet), Cəvahir Səlimqızı (Mərkəz qəzeti), Kəbutər Haqverdiyeva (Yeni Azərbaycan qəzeti).   Qaliblərdən başqa müsabiqədə iştirak edən daha 5 jurnalistə həvəsləndirici mükafat təqdim olunub. Saleh Qarabağlı isə Xocalı soyqırımı ilə bağlı araşdırmalarına görə xüsusi mükafata layiq görülüb.
+  -  Çap 
Yerləşdirilib: 26.02.10 | Baxılıb: 333

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •