|
Aparılan maarifləndirmə işlərinə baxmayaraq, dəm qazından zəhərlən faktları azalmır. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, fevralın 24-də Sumqayıt şəhərində müxtəlif ünvanlarda yaşayan 4 nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Binəqədi rayonu Sulutəpə qəsəbə sakini Əfsanə Əkbərova isə evində dəm qazından boğulub. Hər iki faktla bağlı araşdırmalar aparılır.
|