Amma son nöqtə "Stemford Bric"də qoyulacaq
Çempionlar liqasında çərşənbə günü keçirilən oyunlarla pley-off mərhələsinin ilk mərhələsinə yekun vuruldu. UEFA-nın yeni qaydasına əsasən, iki həftə ərzində baş tutan görüşlərdən sonra martın 9-10-u və 16-17-si keçiriləcək cavab qarşılaşmaları öncəsi "sular müəyyən qədər duruldu". Amma bu, çox nisbi xarakter daşıyır. Belə ki, ilk oyunlarda qələbə qazanan 6 komandanın hamısı minimal fərqlə üstün oldu. Digər 2 görüşdə isə 1:1 hesabı qeydə alındı. Konkret olaraq, çərşənbə günü keçirilən oyunlara gəlincə, əvvəlcə Moskvada ÇSKA-yla "Sevilya" qalibi müəyyənləşdirə bilmədi. 1/8 finalın bəzəyinə çevrilən növbəti İtaliya - İngiltərə duelində isə qələbəni "İnter" bayram etdi.
Xatırladaq ki, ötən həftə "Milan" evdə "M.Y."-yə məğlub olmuşdu.
1/8 final, ilk oyunlar
İnter - Çelsi 2:1 (1:0)
Milito, 3. Kambyasso, 55 - Kalu, 51
Mark Qonsales, 66 - Heqdero, 25.
Yoze Mourinyo, "İnter"in baş məşqçisi: "Bu qələbənin dəyəri böyük olmqla yanaşı, heçə də enə bilər. Axı, 180 dəqiqəlik mübarizənin cəmi 90 dəqiqəsi arxada qalıb və təbii ki, rəqibimiz yekun nəticəni xeyrinə dəyişməyə çalışacaq. Yetirmələrim tam qüvvəsiylə mübarizə apardı. Ancaq onlarla əlaqə yaratmaqda çətinlik çəkirdim. Çünki stadiondakı səs-küy buna imkan vermirdi. İndi öz evimə - "Stemford Bric"ə qayıdacağam. Düzdür, bu dəfə yerim qonaqlar üçün ayrılan paltardəyişmə otağı olacaq. Londonlulardan isti münasibət gözləyirəm və orada emosiyalarımı cilovlamağa çalışacağam. Hamının "Stemford Bric"də Mourinyonun bəxtinin gətirməsindən xəbəri var. Bugünkü qələbənin önəmi çox böyük idi. "İnter" çoxdan idi ÇL-in pley-offunda qələbə qazanmırdı. Fikirimcə, həm "İnter", həm də "Çelsi" daha yaxşı oynaya bilər. Ancaq ÇL-in möhtəşəm təzyiqi buna imkan vermir".
Karlo Ançelotti, "Çelsi"nin baş məşqçisi: "İnter"in oyuna sürətlə başlaması matçın axarına təsir etdi. Ancaq hər vəziyyətdə təhlükəli olan Militoya belə boşluq da vermək olmazdı. Əslində hadisələrin belə gedişini gözləyirdim. İstədiyimiz nəticəni qazanmasaq da, komandam yaxşı oynadı. Cavab görüşündə diqtə edən tərəf biz olacağıq və çoxlu hücumlar quramağa çalışacağıq. London qarşılaşmasında "İnter"i sıxacağıq. İlk hissənin sonuna gəlincə, orda penalti var idi. Axı, rəqib topa yox, oyunçumuza toxundu. Ancaq hakimi tənqid etək fikirində deyiləm. Mexuto Qonsales təcrübəli və yaxşı referidir...".
ÇSKA (Moskva, Rusiya) - Sevilya (İspaniya) 1:1
Leonid Slutski, ÇSKA-nın baş mşqçisi: "Qələbə qazanmaq istəyirdik. Fikrimcə, buna yaxın idik. Hesabı bərabərləşdirdiyimiz üçün çox şadam, digər tərəfdən, ikili hislər keçirirəm. Əsas odur ki, mübarizəni davam etdiririk".
Manolo Ximenes, "Sevilya"nın baş məşqçisi: "Elə vəziyyətdəyik ki, klubun 104 illik tarixində ilk dəfə ÇL-in 1/4 finalına vəsiqə qazana bilərik. Cavab oyununda ilk qolu azarkeşlərimiz vurmalıdır".