Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Türkiyə hökuməti hərbçilərlə açıq davaya gedir
Qarşıdurma siyasi sabitliyə böyük ziyan vura bilər

Türkiyədə «Balyoz» çevriliş iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində məhkəmə istefada olan general İzzet Ocaq, istefada olan admiral Ahmet Feyyaz Öğütçü, istefada olan polkovnik Emin Küçükkılıç və istefada olan polkovnik Suat Aytın barədə həbs qərarı verib.  Türkiyə mətbuatının verdiyi məlumata görə, hazırda vəzifədə olan hərbçilərdən biri azad edilib, bir hərbçi isə şərti olaraq azadlığa buraxılıb. 13 hərbçinin prokurorluqda sorğusu davam edir.
Qeyd edək ki, son həbs qərarı ilə həbsxanaya göndərilən hərbçilərin sayı 13-ə çatıb. Fevralın 23-də hazırda hərbi vəzifədə olan Dəniz Qüvvələri Komandanlığının Plan Layihələndirmə Dairəsinin rəhbəri general Ramazan Cem Gürdeniz, general Aziz Çakmak, istefada olan general Mehmet Kaya Varol, istefada olan admiral Ali Deniz Kutluk, istefada olan admiral Özer Karabulut, istefada olan polkovnik Albay Ümit Özcan və istefada olan polkovnik Ali İhsan Çuhadaroğlu barədə həbs qərarı verilmişdi. Keçirilən məhkəmə prosesindən sonra general Korgeneral Ayhan Taş, istefada olan admiral Lütfi Sancar, istefada olan admiral Engin Baykal, istefada olan polkovnik Ahmet Metin Dikici, istefada olan çavuş Adil Erden və polkovnik Cengiz Köylü isə azadlığa çıxıblar. Çoxlarını belə bir sual düşündürür: Türkiyədə nə baş verir?  Son həbslərdən sonra bu sualı daha çox verirlər. «Hürriyet Daily News» qəzetinin jurnalisti Özgür Oqrit deyir ki, hadisələrin burdan sonra hara gedəcəyini artıq heç kim bilmir: «Türkiyədə ayaq dəyilməyən əraziyə girilib. Keçən aydan başlayaraq qəzet başlıqlarına fikir versəniz, bir ifadəni işlədirlər: «Cümhuriyyət tarixində ilk dəfədir ki…», «Türkiyə tarixində ilk dəfədir ki…». Yazırlar ki, ilk dəfədir ki, general ifadə verməyə gətirilir və ya general həbs olunur, yaxud ordunun gizli otağında axtarış olur. Mən inanmıram ki, Türkiyədə kimsə bundan sonra nə olacağını deyə bilsin». Rəsmi izaha görə, hərbçilərə qarşı bu son əməliyyata səbəb sızan hərbi sənədlərin öyrənilməsi olub. Bu sənədlərin həqiqiliyini ekspertlər təsdiq edəndən sonra həbslər başlanıb. Müxalifət isə deyir ki, həbslər siyasi motivlidir və tənqidçiləri susdurmaqdır. Tutulanlardan biri-Dəniz Donanmasının keçmiş komandanı admiral Özdən Örnək bundan əvvəl də bir neçə dəfə hərbi çevrilişə cəhddə ittiham olunur. Tutulan başqa bir general Ergin Sayğın 2007-ci ildə o vaxtkı Amerika prezidenti Corc Buşla görüşdə baş nazir Ərdoğanı müşayiət edirdi. Başqa tanınmış tutulanlar - Hava Qüvvələrinin keçmiş komandanı İbrahim Fırtına, Xüsusi Qüvvələrin keçmiş komandanı Engin Alan, 1-ci Ordunun keçmiş komandanı Çətin Doğan və başqalarıdır. Tutulanların təxminən yarısı keçmiş yüksək rütbəli hərbçilərdirsə, yarısı da indi vəzifə başında olan hərbçilərdir. Türkiyədəki «Avrasiya Siyasi Risk» adlı təhlil qrupundan olan Volfqanqo Pikkoli «Reuters»ə deyib ki, hökumət indi hərbçilərlə, eləcə də hakim və prokurorlarla açıq davaya gedir. Belə qarşıdurma siyasi sabitliyə çox böyük ziyan vura bilər. Hakim partiya bu sayda generalın həbsinə niyə getdi? Türkiyəli jurnalist Özgür Oqrit deyir ki, «Ergenekon»la bağlı jurnalistləri, yazıçıları, ziyalıları tutanda çox haqlı bir sual yaranırdı ki, əgər bunlar çevriliş etməyi planlaşdırırdılarsa, onda əsgərlər hanı? Axı yazıçı çevriliş edə bilməz. İndi generalları tutmaqla bu suala cavab verirlər».
+  -  Çap 
Yerləşdirilib: 26.02.10 | Baxılıb: 212

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •