Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ağsuda torpaq sürüşməsi
Ağsu rayonunun 5 kəndində torpaq sürüşməsi baş verib, 77 ev qəzalı vəziyyətə düşüb

Ağsu rayon Fövqəladə Hallar Komissiyasının sədri İqbal Mikayılov bildirib ki, Ağsu çayının sahilində yerləşən Sanqalan, Kalva, Suraxanı, Qırrar və Quzay kəndlərində baş verən torpaq sürüşməsi gündən-günə genişlənir:
“Sürüşmədən ən çox ziyan çəkən isə Sanqalan və Kalva kəndlərindəki yaşayış evləri və sosial obyektlərdir. Əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri baxış keçirib. Kəndlərin həqiqətən də təhlükəli zonada yerləşməsi qeyd olunub, əhalinin müvəqqəti olaraq köçürülməsi tövsiyə edilib. Təhlükəli vəziyyət barədə əhaliyə xəbərdarlıq olunub. Hazırda Sanqalan kəndində bütün evlər-38 fərdi yaşayış evi, bir orta məktəb və bir feldşer-mama məntəqəsi qəzalı vəziyyətdədir. Bu kənddə uzunluğu 450 metr, eni 260 metr olan ərazini əhatə edən sürüşmə zonasına düşən bu tikililərdə yaşamaq təhlükəlidir. Torpaq qatı hər 2-3 metrdən bir 30-40 santimetr aralanıb, evlərdə 5-10 santimetr qalınlığında çatlar əmələ gəlib. Kəndin yerləşdiyi torpaq qatı hər gün təxminən yarım metr dağdan çaya doğru sürüşür. Bu kiçik kəndin bütövlükdə köçürülməsi və digər ərazidə torpaq sahəsi ayrılaraq yeni evlərin tikilməsi daha məqsədəuyğundur. Artıq öz istəyi ilə kənddəki 38 ailədən 10-u rayonun başqa yaşayış məntəqələrindəki qohumlarının evində məskunlaşıb. Oradakı 28 evdə hələ də yaşayış var”.
İqbal Mikayılov qeyd edib ki, torpaq sürüşməsi ilə əlaqədar Kalva kəndindəki 80 evdən 35-i qəzalı vəziyyətə düşüb. Kəndin mədəniyyət evi və aptekdə də çatlar əməl gəlib. Hadisə nəticəsində daha çox zərər çəkmiş və yararsız hala düşmüş 4 ev müəyyən edilib və fevralın 24-də həmin dörd ailə başqa kənddəki qohumlarının yanına köçürülüb: “Torpaq sürüşməsi rayonun Suraxanı kəndində 2 evi, Qırrar və Quzay kəndlərinin hər birində bir evi qəza vəziyyətinə salıb. Muğanlı-İsmayıllı yolunun yaxınlığında, üç tərəfi dağlarla əhatə olunmuş yerdə mövcud olan bu yaşayış məntəqələrinin yerləşdiyi ərazi sürüşmə zonasına daxildir. Torpaq axını dağlardan Ağsu çayına tərəf hərəkət edir. Sürüşmə əsasən qış-yaz aylarında yağan yağışlardan sonra daha intensiz xarakter alır. Amma ilk dəfədir ki, torpaq sürüşməsi geniş ərazini əhatə edir və yaşayış evlərinə və sosial obyektlərə ciddi ziyan vurur. Rayon İcra Hakimiyyəti insanların müvəqqəti olaraq köçürülməsi üçün qonşu kəndlərdə və rayon mərkəzində sosial obyektlər müəyyən edəcək. Amma ilk növbədə Fövqəladə Hallar Nazirliyinin bu vəziyyətlə əlaqədar yekun qərarını gözləmək lazımdır”.
Qeyd edək ki, ərazi bir qədər əvvəl sürüşmə baş verən Muğanlı-İsmayıllı yolunun yaxınlığında yerləşir.
+  -  Çap 
Yerləşdirilib: 26.02.10 | Baxılıb: 315

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •