Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Xocalı faciəsini törədənlər Haaqa məhkəməsində layiqli cəzalarına çatdırılmalıdır
Şahmar Usubov: “Xocalının mühasirə vəziyyətindən çıxarılması istiqamətində nəinki təsirli tədbirlər görülmədi, ümumiyyətlə, cəhdlər belə edilmədi”

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Yeni Azərbaycan Partiyasının internet saytına müsahibə verib. Həmin müsahibəni ixtisarla təqdim edirik. S.Usubov öncə Xocalı faciəsi baş verdiyi dövrdə respublikadakı ictimai-siyasi vəziyyətdən söz açıb:

- Xocalı faciəsi XX əsrin ən dəhşətli kütləvi insan qırğınlarından biri olmaqla Azərbaycan xalqına qarşı ermənilər və onların havadarları olan imperiyapərəst qüvvələrin birgə həyata keçirdikləri soyqırımı hadisəsidir. Bu faciə bir anın, bir günün içərisində baş vermiş hadisə deyil. Əsl həqiqətdə Xocalı faciəsi mənfur erməni ideoloqlarının özgə torpaqları hesabına «Böyük Ermənistan» dövlətinin yaradılması planlarının tərkib hissəsi olmaqla bu iyrənc siyasətin məntiqi davamıdır. Bildiyimiz kimi, hələ məlum Dağlıq Qarabağ hadisələrinə qədər müxtəlif dövrlərdə ermənilər öz xarici havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı çoxsaylı kütləvi qırğınlar törətmiş, etnik təmizləmə siyasəti aparmış, nəticədə yüz minlərlə soydaşımız öz dədə-baba torpaqları olan daimi yaşayış yerlərindən min bir işgəncələrə məruz qalaraq didərgin salınmışdır. M.Qorbaçovun sovetlər birliyində siyasi hakimiyyətə gəlişindən sonra ermənilər onunla yaxınlıq münasibətlərindən və onun erməni lobbisinin təsiri altında olmasından istifadə edərək əvvəlcədən hazırlanmış iyrənc planlarının reallaşdırılması istiqamətində faktiki fəaliyyətə başladılar. Ermənilər onlar üçün yaradılmış «münbit» şəraitdən istifadə edərək Dağlıq Qarabağ ərazisində qeyri-qanuni silahlı qüvvələr yaratdı. Sovetlər birliyinə məxsus olan və Xankəndində yerləşən 366-cı motoatıcı alay və Dağlıq Qarabağa hadisələr ərəfəsində göndərilmiş bütün hərbi texnika və canlı qüvvə ermənilərin istifadəsinə verildi.
Əvvəlcədən formalaşdırılmış silahlı dəstələrdən istifadə edərək öncə müdafiə imkanları zəif olan, erməni yaşayış məntəqələri əhatəsində yerləşən azərbaycanlılar yaşayan yaşayış məntəqələrini bir-birinin ardınca işğal etməyə, həmin yaşayış məntəqələrində yaşayan soydaşlarımıza qarşı çoxsaylı qətllər törədərək onların daimi yaşayış yerlərindən didərgin salınması prosesinə başladılar.
1991-ci ilin oktyabr ayının sonunda demək olar ki, Xocalı ilə respublikanın yer üstündə nəqliyyat əlaqəsi tamamilə kəsildi. Yalnız helikopterlər vasitəsi ilə Xocalı şəhərinə ərzaq və digər zəruri istehlak məhsulları gətirilirdi. 1992-ci il yanvar ayının 28-də Ağdam-Şuşa reysi ilə uçan mülki helikopter vurulduqdan sonra demək olar ki, helikopterlərin Xocalı şəhərinə uçuşu tamamilə dayandı. Beləliklə, Xocalı respublikamızın digər yaşayış məntəqələrindən tamamilə təcrid edildi. Yalnız 1992-ci il fevral ayının 13-də hərbi helikopterlərin müşayiəti ilə Xocalı şəhərinə bir neçə uçuş edildi ki, bu helikopterlərin vasitəsi ilə şəhərdə olan xəstə, qoca, qadın və uşaqların bir hissəsi Ağdama aparıldı.
Respublikanın o dövrki rəhbərliyi Xocalı şəhərinin mühasirə vəziyyətindən çıxarılması (Ağdam-Xocalı yolunun açılması), şəhərin müdafiə qüvvəsinin gücləndirilməsi və bu kimi təsirli tədbirlərin görülməsi istiqamətində nəinki təsirli tədbirlər görmədi, ümumiyyətlə, cəhdlər belə etmədi. Onlar dərk etməli idilər ki, Xocalı Dağlıq Qarabağda strateji əhəmiyyət kəsb edən yaşayış məntəqələrindən biridir. Dağlıq Qarabağ ərazisində olan yeganə hava limanı Xocalı şəhəri yaxınlığında yerləşir, azərbaycanlıların nəzarəti altındadır, Xankəndi ilə keçmiş DQMV-nin rayon mərkəzlərini birləşdirən avtomobil yolu və dəmir yol xətti Xocalıdan keçir.
Şəhərin müdafiəsinin zəif olduğunu bilən ermənilər Xankəndi şəhərində yerləşən Sovetlər birliyinə məxsus 366-cı motoatıcı alayın hərbi texnikası və canlı qüvvəsinin köməkliyi ilə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərini dörd istiqamətdən mühasirəyə alaraq öncə ağır artilleriyanın atəşinə məruz qoydu. Şəhərin müdafiə qüvvələrini sarsıtdıqdan sonra hərbi texnikanın müşayiəti ilə minlərlə canlı qüvvə şəhərin üzərinə yeridi. Qarşılarına çıxan dinc əhaliyə divan tutuldu, qocasına, qadınına, uşağına məhəl qoyulmadan hər kəs güllə- boran edildi. Şəhəri tərk etməyə macal tapmış və Ağdam istiqamətində canlarını qurtarmaq üçün qaçmağa cəhd edən dinc sakinlər ermənilər tərəfindən əvvəlcədən hazırlanmış tələyə salındı, onların bir hissəsi qətlə yetirldi, qalanları girov götürülərək işgəncələrə, olmazın müsibətlərə məruz qaldılar. Faciə zamanı şəhərdə olan 3000 nəfərdən 613 nəfəri qətlə yetirilmişdir ki, onlardan 59 nəfəri azyaşlı, 70 nəfəri qocalar, 106 nəfəri isə qadınlardır. Səkkiz ailə tamamilə məhv edilmiş, 3 nəfər diri-diri yandırılmış, bir nəfərin başı kəsilmiş, 25 uşaq hər iki valideynini itirmiş 130 uşaq isə valideyinlərindən birini itirmiş, 1275 nəfər əsir götürülərək işgəncələrə məruz qalmış və nəticədə müxtəlif dərəcədə xəsarət alaraq əlil olmuşlar. 150 nəfərin taleyi isə bu günə qədər bəlli deyil.


- Şahmar müəllim, bu dəhşətli faciənin əsl günahkarları kimi kimləri görürsünüz?

- Sizin birinci sualınıza cavab verərkən günahkarlardan bəzilərinin adlarını qeyd etmişdim. Ən böyük günahkarlardan biri Mixail Qarbaçov başda olmaqla o dövrki sovet rəhbərliyi idi. Çünki ermənilər məhz onun dəstəyini alaraq bu proseslərin icrasına başlamışdılar. Bilavasitə iştiakçılara gəldikdə isə şovinist siyasəti toxumunu səpən Zori Balayan, Siva Kaputikyan, Köçəryan, Sarkisyan, Manuçarov, Miroyan, Ohaniyan və b.-dır ki, onların rəhbərliyi altında bu dəhşətli hadisələr həyata keçirilmişdir. O dövrki respublika rəhbərliyində təmsil olunan Vəzirov, Mütəllibov və başqaları da bu faciədə məsuliyyət daşıyırlar.


- Bəziləri Xocalı faciəsinə lazımi hüquqi-siyasi qiymət verilmədiyini qeyd edirlər. Siz bu məsələyə necə baxırsınız?

- Azərbaycan Respublikasının ali qanunverici orqanı müvafiq qanun qəbul edib. Bu qanunda baş vermiş hadisədə bilavasitə günahkar olan şəxslərin adları sadalanıb. Məgər hüquqi-siyasi qiymət üçün bu yetərli deyilmi? Qaldı ki, hadisədə günahkar olan şəxslərin layiqli cəzalarına çatdırılmasına, bunu bütün respublika ictimaiyyəti kimi biz xocalılar da çox istərdik. Azərbaycan Respublikası Prokurorluğu tərəfindən Xocalı faciəsinin istintaqı bütün təfərrüatı ilə aparılıb. Biz çox istərdik ki, bu dəhşətli faciəni törədənlər Haaqa məhkəməsində layiqli cəzalarına çatdırılsınlar.
+  -  Çap 
Yerləşdirilib: 25.02.10 | Baxılıb: 258

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •