Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Əmək bazarında hansı peşəyə təlabat var?
Ölkə bir tərəfdən savadsız diplomlular ordusundan, digər tərəfdən isə təcrübəli, səriştəli, bacarıqlı mütəxəssis qıtlığından əziyyət çəkir

Son illərin təcrübəsi artıq Azərbaycanda ali təhsilin də az qala icbariləşməyə doğru getdiyini göstərir. Belə ki, orta məktəbi bitirən hər bir məzun öz bilik potensialını nəzərə almadan yalnız ali məktəbdə təhsilini davam etdirmək istəyir. Nəticədə də ölkə bir tərəfdən savadsız diplomlular ordusundan, digər tərəfdən isə təcrübəli, səriştəli, bacarıqlı mütəxəssis qıtlığından əziyyət çəkir. Bu gün ali məktəblər ayrı-ayrı sahələr üzrə kifayət qədər məzun yetirsələr də, bu kadrların böyük əksəriyyəti nəinki xarici, hətta daxili əmək bazarının tələblərindən kənarda qalır. Bu problemin yaranmasında isə əmək bazarının tələbatlarının nəzərə alınmaması və ixtisasın düzgün seçilməməsi də az rol oynamır.
 


Neft profilli ixtisaslara meyl artır

 
Məsələn, bir-neçə il əvvəl ölkədə güclü tələbat olduğu halda, neft profilli ixtisaslar üzrə mütəxəssis kimi yetişmək istəyənlərin sayı az idi. Amma Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) araşdırmaları son illər ali məktəblərin neft profilli ixtisaslarına ərizə verən abituriyentlərin sayının getdikcə artdığını göstərir. Bu gün birinci ixtisas qrupunun ixtisaslarını seçən abituriyentlərin 13 faiz, bütövlükdə ali məktəblərin ixtisaslarını seçənlərin isə 3,7 faizi öz ərizələrində neft profilli ixtisasların kodlarını qeyd edir: "Abituriyentlərin istəyinin belə yüksək olmasına baxmayaraq, 2009-cu ildə bu ixtisasların qəbul planı birinci ixtisas qrupunun qəbul planının yalnız 3,1 faizini, bütövlükdə ali məktəblərin qəbul planının isə cəmi 0,9 faizini təşkil edib. Neft-qaz profilli mühəndis ixtisaslarına gənclərin marağının belə artması onların respublikada həyata keçirilən layihələrin gələcək perspektivlərinə inamından irəli gəlir".
 


Texniki və iqtisadiyyatla bağlı ixtisaslara ehtiyac daha çoxdur

Amma araşdırmalar tələbələrin heç də bütün sahələrə eyni dərəcədə maraq göstərmədiyini təsdiqləyir. Belə ki, ixtisas qrupları üzrə qəbul planı və ərizələrin nisbi çəkiləri arasında qeyri-tarazlıq qalmaqdadır. Bu gün gənclərin ixtisas seçimində istəkləri yenə də ən çox humanitar ixtisaslara yönəlib. Halbuki hazırda humanitar ixtisaslara yiyələnmiş kadrlara tələbat o qədər də çox deyil. Əksinə, texniki və iqtisadiyyatla bağlı ixtisaslara ehtiyac daha çoxdur. Ümumiyyətlə, bu gün ölkədə uzun müddət dəyişməyən bir düşüncə tərzi də var. Valideynlər uşaqlarını ya hüquq, ya da tibb fakültəsində oxumasını istəyirlər və uşaqlarını da daha çox bu səmtə yönləndirməyə çalışırlar. Bu da əmək bazarında lazımi və zəruri ixtisaslara yiyələnlərin sayının az, tələb olmayan digər sahələrdə isə kadr bolluğunun artımı ilə nəticələnir: "Müasir şəraitdə digər sahələr kimi, ali təhsil ixtisaslarına da tələbatı cəmiyyət formalaşdırır. Bununla belə, bu sahədə müəyyən maarifləndirmə işinin aparılmasına, ixtisas seçimində gənclərin düzgün istiqamətləndirilməsinə böyük ehtiyac var. Deməli, peşəyönümü işinin təşkilinə xüsusi diqqət yetirilməlidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu istiqamətdə öz təşəbbüsü ilə ixtisasların mahiyyəti, perspektivləri, onlara tələbat sahələri haqqında metodiki materiallar hazırlayıb dərc edir".

Özəl məktəblərə daxil olanların biliyi kafi səviyyəsindən yuxarı deyil

Əmək bazarında tələbatın ödənməməsi mütəxəssis olaraq yetişdirilən tələbələrə verilən bilik səviyyəsinin qənaətbəxş olmadığını da ortaya qoyur. Bu fərq isə dövlət və özəl ali məktəblər arasında hələ də özünü göstərməkdədir. TQDK-dan bildirilib ki, özəl ali məktəblər əsasən humanitar və iqtisad ixtisasları üzrə mütəxəssis hazırlığını həyata keçirir. Abituriyentlər qeyr-dövlət ali məktəblərinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur. Abituriyentlər ərizələrinin əvvəl mövqelərində, əsasən, dövlət ali məktəblərinin ödənişsiz və ödənişli ixtisaslarını kodlaşdırırlar: "Sənəd verənlər arasında qeyri-dövlət ali məktəblərinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 2,89 faiz olub. Bu baxımdan, qeyri-dövlət ali məktəblərinə qəbul olanlar, əsasən, dövlət ali məktəblərinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyil".

Özəl məktəblər güzəştlərə maraq göstərmir

Ödənişli təhsil verdiyi üçün qeyri-dövlət ali məktəblərinə, əsasən, bu cür abituriyentlərin qəbul olması isə həmin ali məktəblərin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırır: "Qeyri-dövlət ali məktəbləri dövlət ali məktəbləri ilə rəqabət aparmaq, ümumiyyətlə, daha savadlı gəncləri özlərinə cəlb etmək üçün həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqında önəmli güzəştlər etməlidirlər. Amma təəssüf ki, bir çox qeyri-dövlət ali məktəbləri bu məsələdə o qədər də maraqlı deyil. Ümumiyyətlə, ayrı-ayrı ali məktəblərə qəbul olan gənclərin bilik səviyyələri bir-birindən ciddi fərqlənir. Hesab edirik ki, birinci kursların tədris planlarında bu amil mütləq nəzərə alınmalıdır". Ümumiyyətlə, TQDK mütəxəssisləri hesab edirlər ki, ixtisas seçimi zamanı abituriyent maraq göstərdiyi ixtisasların hansı təhsil müəssisələrində olması, həmin təhsil müəssisələrində təhsilin səviyyəsi, biliyin qiymətləndirilməsi meyarları, ali məktəbi bitirdikdən sonra iş yeri tapmaq imkanları, əldə edəcəyi diplomun ölkə daxilində və xaricdə dəyərləndirilməsi kimi amillərə önəm verməlidir.
 


Texniki-peşə təhsilinin məzmununda dəyişikliklər

Amma ölkənin əmək bazarının tələbatı yalnız ali təhsillilərlə məhdudlaşmır. Bu gün texniki-peşə təhsilli mütəxəssislərin azlığı də problemə çevrilib. Təhsil Nazirliyindən bildirilib ki, əgər 1980-ci ildə respublikada iqtisadiyyatın bütün sahələrində çalışan işçilərin 70-80 faizi peşə təhsilli insanlar idisə, indi bu rəqəm 5-10 faizdən yuxarı deyil. Ona görə də hazırda texniki-peşə təhsili sisteminin məzmununda bir sıra dəyişiklik edilməsinə başlanılıb. Yeni dərsliklər, yeni texniki-peşə təhsili standartları, xarakteristikası, yeni kurrikulum hazırlanması nəzərdə tutulub. Bu sahədə qəbul edilən proqrama əsasən, Bakı və bir sıra regionlarda texniki-peşə təhsili mərkəzlərinin yaradılması qarşıya qoyulub. Bu mərkəzlər institusional fəaliyyət göstərəcəklər. Yəni mərkəzlərdə onların yerləşdiyi regionlarda mövcud olan texniki-peşə təhsili müəssisələrinin fəaliyyəti təhlil olunacaq. Burada formalaşan məlumatlar əsasında isə təhsil müəssisələrinin inkişaf strategiyası müəyyənləşəcək və müvafiq plan hazırlanacaq. Təhsil Nazirliyində hesab edirlər ki, proqram həyata keçdikdən sonra texniki-peşə təhsilinin hüquqi bazası təkmilləşəcək, təhsilin bu pilləsi müasir standartlara cavab verəcək. Texniki-peşə təhsili müəssisələrinin maliyyələşdirilməsi ilə bağlı yeni iqtisadi model formalaşacaq. Proqram reallaşana qədər isə daxili əmək bazarında mütəxəssis tələbatının tam ödənilməyəcəyi şəksizdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) də işəgötürənlər tərəfindən hazırda daha çox texniki-peşə sahələri üzrə mütəxəssislərə ehtiyac olduğu vurğulanıb. Belə ki, müəssisələrin öz fəaliyyətlərini bərpa etməsi ilə tornaçı, neft sahəsi üzrə qaynaqçı, frezer, dülgərlərə tələbat artır. ƏƏSMN mütəxəssisləri əmək bazarında heç bir sənətə yiyələnmədən işləməyin bu gün üçün real olmadığını da bildirlər. Bu səbəbdən də, Baş Məşğulluq İdarəsində Tədris Mərkəzi yaradılıb. Məşğulluq orqanları tərəfindən işlə təmin oluna bilməyənlər bu mərkəzdə müxtəlif peşələrə yiyələnə bilərlər. Bunun üçün isə nazirliyin yerli qurumlarına müraciət etmək tələb edilir. Pulsuz aparılan bu kurslarda müvafiq peşəyə yiyələndikdən sonra isə əmək bazarında tələb olunan sahələr üzrə işləmək imkanları bir qədər də genişlənir.


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 24.02.10 | Baxılıb: 360

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •