|
İki nəfər dünyasını dəyişib
Ötən gün Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Qax rayonu ərazisində, rayon sakini Əlləz Rəcəbovun idarə etdiyi "VAZ-2106" markalı və Bakı şəhər sakini Zaur Məmmədovun idarə etdiyi "BMW" markalı avtomaşınlar toqquşub. Nəticədə Ə.Rəcəbov və sərnişini - arvadı Maya hadisə yerində dünyasını dəyişib. Xəsarət alan Z.Məmmədov və sərnişinləri - Eldar İsmayılov və Fərid Zülümova isə xəstəxanaya yerləşdirilib. Hər üç yaralı ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı DİN BDYPİ tərəfindən araşdırma aparılır.
Ayxan
|