|
Əbülfət Fərəcovdan 4 kiloqram 855 qram həşiş qətranı götürülüb
Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik alverçisi saxlanılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan Pəlikəş kənd sakini Əbülfət Fərəcovdur. Ə.Fərəcovdan külli miqdarda - 4 kiloqram 855 qram narkotik vasitə olan həşiş qətranı götürülüb. Faktla bağlı araşdırmalar aparılır.
|