|
Mürsəl Mahmudov həyat yoldaşını və iki azyaşlı övladını qətlə yetirib
Fevralın 23-də Gəncə Apelyasiya Məhkəməsində hakim Çingiz Məmmədovun sədrliyi ilə həyat yoldaşını və iki uşağını xüsusi amansızlıqla qətlə yetirən şəxsin apelyasiya şikayətinə baxılacaq. Məhkəmə qarşısında Kəlbəcər rayon sakini Mürsəl Mahmudov cavab verəcək. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə (120.2.7), təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə),120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham olunub.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə M.Mahmudov ömürlük azadlıqdan məhrum edilib. İttihama görə, M.Mahmudov 2007-ci ilin avqustun 18-də Gəncə şəhəri, Rəfibəyli küçəsində məskunlaşdığı yataqxanada həyat yoldaşı Nəcibə Mahmudovanı balta ilə qətlə yetirib. Daha sonra M.Mahmudov 4 yaşlı oğlu Yusifi və 5 yaşlı qızı Fəxriyyəni yatdıqları yerdə bədən və baş hissəsinə kəsici alətlə xəsarət yetirərək qətlə yetirib.
|