Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Yeganə Bakıya nişanlısı ilə gəlir
Onlar toy günlərini açıqlayacaqlar

Müğənni Yeganənin Türkiyədə bir ildir mütəmadi yaşamasının səbəbləri bəlli oldu. Əldə etdiyimiz məlumata görə, azərbaycanlı müğənni şəxsi həyatı ilə bağlı Türkiyədən qopa bilməyib. Gənc və subay müğənni gələcək həyat yoldaşını məhz Türkiyədə tapıb. Hətta bu ikili arasında nişan mərasimi də keçirilib. Ötən həftə sonu Bakıya qısamüddətli səfəri zamanı Yeganə yayılan bu məlumatı təsdiqləyib. Hətta müğənni onu da diqqətimizə çatdırıb ki, bu həftə sonu o, türk nişanlısı ilə birgə yenidən Bakıya gələcək. Cütlük ilk dəfə olaraq bu səfər müddətində yerli media və ictimaiyyətin qarşısına çıxacaq. Müğənni onu da qeyd edib ki, nişanlısı ilə bərabər, o, Bakıya yeni albomu və yeni klipini də gətirir: "Bu dəfə Bakıda qısamüddətli oldum. Bu səbəbdən televiziya və media nümayəndələri ilə görüşmək istəmədim. Həm də ona görə ki, onlara təqdim edəcək işlərim hazır deyildi. Onlarla görüşümü növbəti səfərimə saxlamışam. Bir neçə gündən sonra yenidən Vətənimdəyəm. Şəxsi həyatımda baş verən dəyişikliyi ilk sizinlə bölüşmüşəm. Bunu əyani şəkildə də KİV nümayəndələrinə çatdırmaq istəyirəm. Bu zamana kimi Türkiyədə bir çox paparatsi bizi yaxalamaq istəsə də, cəhdləri boşa çıxıb. Artıq biz adət-ənənəyə uyğun olaraq nişanlanmışıq və bu bərabərliyi daha gizlətmək niyyətim yoxdur".
Daha sonra Yeganə bildirib ki, Almaniyada hazırlanan albomu və albomda yer alan "Askolik" mahnısına çəkilən klipi də sənətçi xanım gələcək həyat yoldaşı ilə birlikdə Bakıda təqdim edəcək. Bunun üçün məxsusi olaraq müğənni mətbuat konfransı keçirməyi düşünür.
Söhbətin davamında bəlli oldu ki, Yeganənin gələcək həyat yoldaşı Bakını yaxından tanımaq istəyir. Onun bu arzusunu nəzərə alan Yeganə xanım səfər müddətində ona bu imkanı yaradacaq.
Onların hansı tarixdə nikah masasına oturacaqlarına gəlincə, öyrənə bildik ki, mətbuat konfransında müğənni bu barədə suallara ətraflı cavab verməyə çalışacaq. Eyni zamanda nişanlısının kimliyi barədə danışacaq. Sonda müğənni toy mərasiminin uzaq gələcək üçün planlaşdırılmadığını diqqətə çatdırdı.
+  -  Çap 
Yerləşdirilib: 27.10.09 | Baxılıb: 370

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •