Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Azərbaycanda vaksinlə bağlı ağırlaşmanı düzgün başa düşmürlər
O.Şirəliyev: ”Vaksinləşmədə heç bir ağırlaşma, fəsad, ölüm hadisəsi qeydə alınmayıb” “Azərbaycanda insanlar vaksinlə bağlı ağırlaşmanı düzgün başa düşmürlər. Vaksin xəstəliklə yüngül səviyyədə xəstələnməkdir və xəstə vaksinə reaksiya verməlidir. Bu reaksiya güclü olanda isə səhv olaraq deyirlər ki, bu, vaksinin fəsadıdır. Azərbaycanda həyata keçirilən vaksinləşmədə heç bir ağırlaşma, fəsad, ölüm hadisəsi qeydə alınmayıb”. Bu barədə dünən YAP qərargahında keçirilən mətbuat konfransında səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib. Nazir bildirib ki, hazırda A/H1N1 qripi dünyanın 211 ölkəsində qeydə alınıb və bu günə qədər 15 mindən artıq insan xəstəlikdən dünyasını dəyişib: ”Azərbaycanda isə bu xəstəliyə cəmi 14 yoluxma halı qeydə alınmışdı. Şükürlər olsun ki, bu xəstələrin hamısı sağaldı və ölüm halı baş vermədi. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycana göndərilən 172 min doza vaksin ilk növbədə risk qruplarına- tibb işçiləri, sərhəd, gömrük xidməti əməkdaşları, hamilə qadınlar, xroniki tənəffüs yolları xəstəlikləri olan xəstələrə vurulub. Hazırda Azərbaycanda təxminən 80 faiz vaksinləşmə aparılıb”. 
O.Şirəliyev ana və uşaqların sağlamlığının qorunmasından da söz açıb: ”2008-ci ildə ana ölümü əmsalı hər 100 min diridoğulan uşağa 26,3 olubsa, 2009-cu ildə bu rəqəm 24,3-ə enib. 1-5 yaşına qədər uşaq ölümü göstəricisinə gəlincə, 2003-cü ildə bu göstərici 10,1 promilli olubsa, 2009-ci ildə 4,1-dir. Rəqəmlərdə azalma olsa da, bu məsələləri 1-2 ilə həll etmək mümkün deyil. Ana və uşaqların  sağlamlığının qorunması sahəsində problemlərin həlli tək səhiyyənin üzərinə düşmür. Əhalinin maariflənməsinə də ciddi ehtiyac var. Belə ki, hamilə qadınlar həkim məsləhətxanalarına əlksər hallarda cox  gec müraciət edirlər. Bu zaman ortaya cıxan  ciddi problemlərin qarşısında isə həkimlər aciz qalır”.
“Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində aparılan tədbirlərə gəlincə, nazir şəkərli diabet xəstələrinin aşkarlanması işinin yaxşılaşdığını vurğulayıb: ”Qeydiyyata götürülən xəstələrin sayı  2 dəfədən çox artıb və 118 mini  keçib. Şəkərli diabeti olan xəstələrin ölüm göstəricisi isə iki dəfədən çox azalıb və hər 100 000 nəfər əhaliyə 21,7–dən 9,2–yə enib. Belə xəstələr qeydiyyata durmağa maraq göstərmirdilər. Amma qeydiyyatda olan bütün şəkərli diabet xəstələrinə pulsuz olaraq özünənəzarət vasitələri olan qlükometr və dərman preparatlarının verilməsi qeydiyyata duran xəstələrin sayını artırıb. Şəkərli diabet üzrə Dövlət Proqramının müddəti başa çatdığı üçün 2010-2014-cü illəri əhatə edən yeni proqram layihəsi də hazırlanıb. Yaxın zamanlarda  Nazirlər Kabinetinə təqdim ediləcək”.
Hemofiliya və talassemiya xəstəliklərindən ölənlərin sayı da nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Talassemiyadan ölənlərin sayı  2009 - cu ildə 21-ə enib: ”Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən xəstələrin sayı 1360 nəfərdir”.
Nazirin sözlərinə görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların  hemodializ müalicəsi ilə təmin olunması da yaxşılaşıb. Hesabat ilində əlavə olaraq 60 süni böyrək aparatı ilə təchiz olunmuş 4 dializ mərkəzi istifadəyə verilıb ki, nəticədə daha 360 xəstə hemodializ seansları ilə təmin olunub. 
Nazir vərəmlə mübarizə sahəsində aparılan işlərdən də danışıb. Belə ki, 2003-cü illə müqayisədə vərəmin erkən aşkarlanması 23 faiz artıb, bu xəstəlikdən ölənlərin sayı isə 54 faiz azalıb: ”Son illər ərzində əhaliyə göstərilən cərrahi yardımın keyfiyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət verilir. Müasir cərrahiyyənin strategiyası kimi qəbul edilən miniinvaziv cərrahiyyə ölkəmizdə böyük vüsət almaqdadır və ildən-ilə artan xətlə inkişaf edir. Laparoskopik xolesistektomiya və appendektomiya istər planlı, istərsə də təxirəsalınmaz cərrahiyyədə adi əməliyyata çevrilməkdədir. Digər tərəfdən, endoskopik əməliyyatlar qaraciyər, mədəaltı vəzi, döş qəfəsi və qarın boşluğunun digər üzvlərinin cərrahiyyəsində də tətbiq edilməkdədir”. Nazir qeyd edib ki, cərrahi əməliyyatların sayında da artım var: ”Hazırda M.A.topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində əsaslı təmir və yenidənqurma işləri aparılır. Yaxın vaxtlarda istifadəyə veriləcək. Mərkəzin fəaliyyətə başlaması ilə ürək cərrahiyyəsinin müasir səviyyədə təşkilinə imkan yaranacaq”.   
Qida zəhərlənmələrinə gəlincə, 2008-ci ildə 811 belə hadisə qeydə alınıb və 1037 nəfər zərər çəkib. 2009-cu ildə isə qeydə alınan 491 qida zəhərlənməsi hadisəsindən 581 nəfər zərərçəkən olub. Ümumiyyətlə, qida zəhərlənmələri 44 faiz azalıb. Amma nazirliyin sanitar-gigiyenik qurumları tərəfindən aparılan son araşdırmalar dönərxanaların əksəriyyətində normativlərə əməl olunmadığını üzə cıxarib: “Dönərlərdən neçə dəfə zəhərlənmə olub. Dönərxanaların çoxunda əti qazla bişirirlər. Bu isə qazın tərkibində müəyyən zərərli tullantılar olduğundan daha təhlükəlidir. Həm də qazla bişirəndə ət normal bişmir, çiy qalır. Bundan başqa, “Quş qripi” ilə bağlı toyuq dönərlərinə məhdudiyyər qoyulsa da, yenə təsadüf edilir. Nazirlik tərəfindən bu istiqamətdə ciddi işlər aparılır. Keyfiyyətə və normativlərə cavab verməyən dönərxanalar başlanacaq”.
Nazir yeni aptek və əczaxanaların acılmasında tələb olunan dövlət rüsumuna da toxunub. Onun fikrincə, hazırda 5 min 500 manat təşkil edən bu məbləğ  bütün müəssisələrə şamil olunmamalıdır. Belə ki, ucqarlarda olan  apteklərin gəlirləri müqabilində rüsum cox böyükdür. Bundan başqa, rüsumun tətbiqi zamanı müəssisənin yerləşdiyi məkanla yanaşı, onun ərazi ölcüsü də nəzərə alınmalıdır: ”Bu rüsum yüksəkdir. Onun aşağı salınması üçün Nazirlər Kabinetinə müraciət edəcəyik”.
Laboratoriyaların vəziyyətinə də toxunan nazir bildirib ki, aparılan tədqiqatın keyfiyyəti daha cox reaktivlərdən asılıdır. Reaktivlər isə cox baha oldugundan laboratoriyalara iqtisadi cəhətdən səmərə vermir: ”Müasir analizatorlar açılan kimi istifadə edilməlidir. 1-2 tədqiqatla isə bu reaktivlərin qiymətini ödəmək qeyri-mümkündür. Qalan reaktiv də keyfiyyətini itirdiyi üçün düzgün nəticə vermir. Nəticələrin fərqli olması ilə bağlı camaatın sözündə həqiqət var. Ona görə də xaricdə də böyük şəhərlərdə 1-2 ixtisaslaşmış laboratoriya işləyir ki, orada da coxsaylı tədqiqatlar aparılır və onlar reaktivlərin qiymətini ödəyir.  Biz indi 1 saylı xəstəxanada müasir laboratoriya təşkil etmişik. Nazirlik olaraq ona Referens Laboratoriyası adını vermək üçün hüquqi tərəfləri həll etmişik. Amma biz istəyirik ki, o Avropanın ən tanınmış tibb müəssisələrindən sertifikat alsın. Bu da ona paralel tədqiqat aparmaq ixtiyarı verəcək”.    


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 20.02.10 | Baxılıb: 273

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •