Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ermənistan cəmiyəti parçalanıb
Türkiyə ilə protokolların müzakirəsi cəmiyəti ikiyə bölüb

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair protokollar fevral ayının 19-da ilkin müzakirələrin aparılması üçün Ermənistan parlamentinin xarici münasibətlər üzrə daimi komissiyasına təqdim olunacaq. Bu barədə Yerevanda keçirilən mətbuat konfransında Ermənistan parlamentinin xarici münasibətlər üzrə komissiyasının sədri Armen Rustamyan bildirib. “Biz protokolların ilkin müzakirəsi üçün xüsusi üsulun hazırlanmasını təklif etdik və komissiyanın yekun qərarından sonra protokolların parlamentdə dördgünlük müzakirəyə təqdim olunması üçün spikerə müraciət etdik” - deyə A. Rustamyan bildirib. O həmçinin əlavə edib ki, müzakirələr kifayət qədər açıq və şəffaf aparılacaq. Komissiya sədrinin sözlərinə görə, Ermənistan parlamentinin reqlamentinə əsasən beynəlxalq saziş qəti şəkildə gündəliyə daxil ediləcək, daha sonra isə dördgünlük müddətə müzakirələrə göndəriləcək. Ekspertlər qeyd edir ki, Türkiyə ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan protokolların Ermənistan parlamentində müzakirəyə hazırlanması ölkədə çaşqınlıq yaradıb. Hətta hakim Respublika Partiyasının daxilində də məsələylə bağlı yekdil fikir yoxdur. Partiyanın bəzi nümayəndələri parlamentin protokolları ratifikasiya etməsini lazım bilir. Digər qrup isə hesab edir ki, Yerevan Ankaradan əvvəl bu addımı atmamalıdır. Hakim partiyanın deputatı Karen Avaqyan partiya daxilindəki ziddiyyətləri gizlətməyə çalışıb. O, məsələ ilə bağlı keçirilən tədbirdə deyib: «Protokolların ratifikasiyası ilə bağlı mövqe prezident Serj Sarkisyan tərəfindən açıq şəkildə bəyan olunub. Respublika Partiyasında başqa fikir yoxdur». Hakim partiyada çoxluğun protokolların ratifikasiyasına tərəfdar olması haqda sualı cavablandıran deputat deyib: «Respublika Partiyasında çoxluq və ya azlıq anlayışı yoxdur. Bizi «İrs» partiyası ilə səhv salmayın. Ermənistan protokolları Türkiyədən əvvəl ratifikasiya etməyəcək». Tədbirdə «İrs» partiyasını təmsil edən Stepan Safaryan həmkarının bu fikrinə sərt reaksiya verib: «Bu bəyanat bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırki mərhələsi Ermənistan prəhbərliyini bəzi addımlar atmağa məcbur edir. Onlar bu addımlarla mümkün sanksiyalardan qurtulmağa çalışır. Düşünürəm ki, baş verənlər Ermənistanın protokolları birinci ratifikasiya edəcəyini göstərir». Safaryan bildirib ki, Ermənistanın hazırki hakimiyyəti həmişə bir şey deyir, başqa şey edir: «Sarkisyan bir vaxtlar bəyan etmişdi ki, Türkiyə ilə sərhədlər açılmasa, iki ölkənin futbol komandaları arasında matçı izləmək üçün Bursaya getməyəcək. O, Bursaya tursit kimi səfər etməyəcəyini bildirirdi».


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 19.02.10 | Baxılıb: 226

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •