Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Prezident ekoloji problemlərə həsr olunmuş müşavirə keçirib
Dövlət başçısı Bakıda və Abşeron yarımadasında 3 milyondan çox ağacın əkilməsi ilə əlaqədar yaşıllaşdırma tədbirlərində əhalinin yaxından iştirakının əhəmiyyətini vurğulayıb

Fevralın 18-də prezident İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirə keçirilib. Prezident İlham Əliyev müşavirəni giriş sözü ilə açaraq 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunduğunu, respublikamızda ekoloji problemlərin həllinə böyük diqqət yetirildiyini və bununla bağlı konkret proqramın qəbul edildiyini vurğulayıb. Dövlət başçısı həmin proqramın müxtəlif sahələri əhatə etdiyini, burada nəzərdə tutulan tədbirlərin icra mexanizmlərinin, vaxtının və maliyyə mənbələrinin də əksini tapdığını bildirib.
Dünyada maliyyə və iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri hərtərəfli şərh edən prezident İlham Əliyev iqtisadi uğurların daha da möhkəmləndirilməsi ilə yanaşı, hazırda ekoloji problemlərə də xüsusi diqqət yetirilməsinin vacibliyini nəzərə çarpdırıb. Dövlət başçısı neftlə çirklənmiş ərazilərin təmizlənməsi, içməli su, kanalizasiya, məişət tullantılarının utilizasiyası və s. istiqamətlərdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ekoloji problemlərin həlli ilə bağlı 2010-cu ildə və növbəti illərdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə prezident İlham Əliyevə ətraflı məlumat veriblər.
Dövlət başçısı Bakıda və Abşeron yarımadasında 3 milyondan çox ağacın əkilməsi ilə əlaqədar yaşıllaşdırma tədbirlərində əhalinin yaxından iştirakının əhəmiyyətini vurğulayıb. Hövsan Aerasiya Stansiyasının istifadəyə verilməsinin paytaxtın kanalizasiya probleminin həllinə önəmli töhfə olduğunu bildirən prezident İlham Əliyev beynəlxalq təcrübə əsasında kanalizasiya sularının təkrar istifadəsi layihəsinin hazırlanmasının vacibliyini söyləyib. Dövlət başçısı Bakının içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin yaxın zamanlarda başa çatdırılacağını vurğulayıb, bölgələrdə içməli suyun tərkibinin yaxşılaşdırılması üçün quraşdırılan modul qurğuların sayının artırılması və bu layihənin tətbiq edildiyi ərazilərin genişləndirilməsi barədə tapşırıqlar verib. Bakı buxtasının təmizlənməsi tədbirlərinin də həyata keçirilməsi məsələsinə toxunan prezident İlham Əliyev Xəzər dənizinin suyundan içməli su kimi və suvarma məqsədi ilə istifadə edilməsinin beynəlxalq təcrübəyə uyğun mümkünlüyünü də nəzərə çarpdırıb.
Dövlət başçısı havanın çirkləndirilməsinin qarşısının alınması, meşələrin qorunması, Abşeron yarımadasındakı göllərin bəzilərinin qurudulması, bir sıra göllərin isə abadlaşdırılaraq istirahət məkanına çevrilməsi, bərpa olunan enerji mənbələri üzrə layihələr və s. məsələlərlə əlaqədar fikirlərini bildirib, müzakirə edilən bütün mövzulara dair kompleks layihələr və təkliflərin hazırlanmasını tapşırıb.
Prezident İlham Əliyev Zığ–Günəşli yamacının yaşıllaşdırılması ilə bağlı keçirilən iməclikdə agac əkir.
+  -  Çap 
Yerləşdirilib: 19.02.10 | Baxılıb: 1036

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •