Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Qafqazda yenidən müharibə ritorikası qızışır
Kreml bu dəfə separatçı Abxaziya ərazisində hərbi baza inşa edilməsi barədə razılığa imza atıb

Rusiya ilə Gürcüstan arasında münasibətlər yenidən müharibə həddinə çata bilər. Kreml bu dəfə separatçı Abxaziya ərazisində hərbi baza inşa edilməsi barədə razılığa imza atıb.
Razılaşmanı Moskvada Rusiya prezidenti Dmitri Medvedyev və qondarma qurumun prezidenti Sergey Baqapş imzalayıb. Sazişin imzalanma mərasimində Rusiya prezidenti çox maraqlı bir xatırlama edib. Onun sözlərinə görə, düz 200 il bundan öncə, fevralın 17-də Rusiya imperatoru Aleksandr Abxaziyanın Rusiya tərkibinə daxil edildiyi barədə qərara imza atıb. Qalmaqallı saziş barədə məlumat verən «Röyters» bildirib ki, hərbi baza Rusiyanın həmin bölgədə 3 minə yaxın əsgəri qüvvəsinin yerləşdirildiyi ərazidə inşa ediləcək. 2008-ci ildə Tbilisi və vasitəçi Qərb dövlətlərinin sərt etirazlarına baxmayaraq Moskva Gürcüstanın separatçı regionları olan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımışdı. «İnterfaks» xəbər verir ki, saziş Rusiyaya Abxaziyada mövcud olan hərbi bazanı müasirləşdirmək hüququ verir. Bundan başqa Rusiya və Abxaziya birgə hərbi birləşmə də yaradacaqlar. Həmin baza isə Qudauti limanında yerləşir. Qudauti bazası Abxaziyanın mərkəzi olan Suxumidən şimalda yerləşir və 1700 nəfərlik heyəti var. Sənəd 49 il qüvvədə olacaq və beş ildən bir avtomatik olaraq yenilənəcək. Qondarma Abxaziyanın müdafiə nazirinin müavini Harri Kuralba deyib ki, bazadakı heyət 3 min nəfərə çatdırılacaq, orada Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri də daxil olacaq. Xatırladaq ki, Abxaziya və Cənubi Osetiya 2008-ci ildə Rusiya və Gürcüstan arasında baş verən qısamüddətli müharibədən sonra özlərini bir daha müstəqil dövlət elan ediblər və Moskva da onların müstəqilliyini tanıyıb. Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyaya bununla bağlı etiraz notası verib. Gürcüstan XİN-i bəyan edib ki, Rusiya Gürcüstanın işğal olunmuş ərazilərində hərbi iştirakını gücləndirir. XİN Moskvada Rusiya və Abxaziya arasında imzalanmış hərbi əməkdaşlığa dair razılaşmanın Gürcüstan əleyhinə olduğunu bildirir. Tbilisi hesab edir ki, Moskvanın məqsədi Gürcüstan ərazilərinin hərbi işğalına legitimlik verməkdir. Bəyanatda qeyd olunur ki, Moskva işğal olunmuş ərazilərdən hərbi plasdarm kimi istifadə etməyə çalışır: “Rusiyanın ekspansiya siyasətini həyata keçirməsi təkcə Gürcüstan üçün deyil, həm də bütün Qafqaz və Qara dəniz regionu üçün real təhlükə yaradır”. Gürcüstan XİN işğal olunmuş ərazilərin Rusiya tərəfdən silahlandırılmasına kəskin etirazını bildirir və dünya birliyini Moskvanın qanunsuz hərəkətlərinə müvafiq qiymət verməyə və bu cəhdlərin qarşısını almağa çağırır». Öz növbəsində Gürcüstan prezidenti Mixail Saakaşvili Londonun “Çatham Houz” beynəlxalq münasibətlər institutunda çıxışı zamanı Rusiyanı kəskin tənqid edib. O, rəsmi Tbilisinin “Nabukko” layihəsində iştirakda maraqlı olduğunu, lakin Moskvanın bu məsələdə mənfi davranış nümayiş etdirdiyini bildirib. Gürcüstan prezidenti Moskvanı imperialist siyasət yürütməkdə də ittiham edib: “Hələ ötən il Berlin divarının yıxılmasının 20 illiyini qeyd etdik, amma Rusiya indi Gürcüstana qarşı belə bir divar hörmək niyyətindədir. Rusiya ilə bir uzlaşma mümkündürmü? Biz anlaşmaya sıfırdan başlamağa hazırıq, lakin bunun üçün Rusiyadakı hökumətin dəyişməsi lazımdır”. Saakaşvili özünü Britaniyanın keçmiş baş naziri Uinston Çörçillə bənzətməyi də unutmayıb.  Özünü onun kimi çılğın və döyüşkən olduğunu dilə gətirib. Prezident Gürcüstanın qərb bölgələrində hərbi əməliyyatların yenidən başlama ehtimalının qaldığını vurğulayıb. Yeni hərbi müdaxilənin isə hər an baş verə biləcəyini söyləyib. Gürcüstan parlamentinin spikeri David Bakradze isə bəyan edib ki, saziş Rusiyanın Gürcüstan ərazisinin zəbtini qanuniləşdirməyəcək. Reinteqrasiya naziri Timur Yakobaşvili razılaşmanı qanunsuz adlandırıb. Onun sözlərinə görə, bu razılaşma il yarım qabaq Fransa prezidenti Nikola Sarkozinin vasitəçiliyi ilə imzalanan və Rusiyanın da imza atdığı 6 maddəlik atəşkəs sazişinin pozulmasıdır: “Bu həm də beynəlxalq normaların pozulmasıdır. Bu həm də beynəlxalq normaların pozulmasıdır və Kreml bu yolla Gürcüstanın separatçı bölgələrini öz əlində saxlamağa çalışır”. Ekspertlərin  qənaətincə, Rusiyanın Abxaziyada baza yaratması Azərbaycanın da maraqlarına uyğun deyil. Belə ki, bir tərəfdən ölkəmiz öz neftini Gürcüstan vasitəsilə dünya bazarına çıxarır və bu həmin marşruta təhlükədir. Digər tərəfdən Azərbaycanın da tərkibində separatçı bölgə var və onun yaradılmasında Rusiya yaxından iştirak edib. Bu baxımdan da həmin baza narahatlıq doğura bilər. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə bu məsələyə cavabı belə olub ki, bu məsələ hələ rəsmi Bakının gündəmində durmayıb. Yeri gəlmişkən, NATO da bazaların yaradıdmasına görə Rusiyanı günahlandırıb. “RİA” Novostinin yaydığı məlumata görə, bu barədə NATO-nun rəsmi nümayəndəsi Karmen Romero bildirib: “NATO-nun bu məsələdə mövqeyi daima dəyişilməz olaraq qalır. NATO-nun heç bir ölkəsi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır. Alyans üzvləri Rusiya qoşunlarının 2008-ci il avqustun 8-nə kimi olan mövqeyinin qayıtmasında israr edir”.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 19.02.10 | Baxılıb: 302

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •